Vakansiya haqqında
Təsvir
Əsas Öhdəliklər və İş Təsviri:
Rəhbərliyə dəstək: Direktor tərəfindən verilən tapşırıqların vaxtında, operativ və dəqiq icrasını təmin etmək;
Ofisin idarəedilməsi: Ofisdaxili nizam-intizama nəzarət etmək, təsərrüfat və mətbəx ehtiyaclarını vaxtında müəyyən edərək tədarükünü təşkil etmək;
Qonaqpərvərlik: Şirkətə gələn qonaqları və tərəfdaşları qarşılamaq, yönləndirmək;
Media və SMM dəstəyi: Şirkətin sosial şəbəkə hesabları üçün (Instagram, TikTok, LinkedIn və s.) rəhbərliyin istəyinə uyğun olaraq qısa videoların (Reels/Shorts) çəkilməsində və hazırlanmasında iştirak etmək.
Namizədə dair Tələblər:
Təhsil və Təcrübə: Ali və ya orta-ixtisas təhsili (müvafiq sahədə təcrübəsi olanlara üstünlük veriləcək);
Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti (Rus və ya İngilis dili biliyi arzuolunandır);
Rəqəmsal bacarıqlar: MS Office proqramları (Word, Excel) və smartfon vasitəsilə keyfiyyətli videoçəkiliş etmək, trendləri izləmək bacarığı;
Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və təqdimat bacarığı, punktuallıq, məsuliyyətlilik və detallara diqqət.
Əmək haqqı müsahibə əsasında formalaşacaq.
Uyğun namizədlər CV-lərini mövzu yerində “Ofis Meneceri” qeyd etməklə faraj.g@rockvelconstruction.com elektron poçt ünvanına göndərə bilərlər.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektRockvel Construction
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailfaraj.g@rockvelconstruction.com
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi14.06.2026
Bitmə tarixi12.07.2026 19:41
Elanın bitməsinə27 gün 4 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.