İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMüxtəlif

"SƏTƏM üzrə mütəxəssis-Cəbrayıl"

Sunbeverage MMC

MaaşRazılaşma əsasında
📍ÜnvanCəbrayıl rayonu, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə25 gün 22 saat qalıb
Vakansiya haqqında

Təsvir

Azersun Holding-ə bağlı olan #Sunbeverage MMC-də #SƏTƏM üzrə mütəxəssis vakansiyamız aktivdir. Bu vəzifə müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə tələblərin tətbiqini və icrasına nəzarəti təmin edir. Vəzifə sahibi risklərin qiymətləndirilməsi, işçilərin təlimatlandırılması, təhlükəsizlik auditlərinin keçirilməsi və qəza hadisələrinin araşdırılması proseslərini həyata keçirərək təhlükəsiz iş mühitinin formalaşdırılmasına töhfə verir. Eyni zamanda dövlət qurumları ilə əlaqələrin koordinasiyasını və müvafiq hesabatların hazırlanmasını təmin edir. Ümumi Tələblər -Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali təhsil; -SƏTƏM (#HSE) sahəsində minimum 1-3 il iş təcrübəsi; -Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə yerli qanunvericilik və normativ aktları bilməsi; -Risklərin qiymətləndirilməsi və risklərin idarə olunması metodları üzrə praktiki biliklər; -Təlimatlandırma və işçilərlə təhlükəsizlik üzrə maarifləndirmə aparmaq bacarığı; -Qəza və insidentlərin araşdırılması və hesabatların hazırlanması üzrə təcrübə; -#FMV (fərdi mühafizə vasitələri) və #təhlükəsizlik standartları üzrə biliklər; İş yeri: Cəbrayıl, #İstehsalat ərazisi; Nahar şirkət tərəfindən təmin olunur. Müraciət etmək istəyən namizədlər öz CV-sini cv@azersun.com email adresinə "SƏTƏM üzrə mütəxəssis-Cəbrayıl" qeyd etməklə göndərə bilər. Seçim yalnız Cəbrayıl və yaxın bölgələrdə yaşayan namizədlər arasında aparılacaq.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüNövbə əsasında
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektSunbeverage MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailcv@azersun.com
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi13.06.2026
Bitmə tarixi11.07.2026 13:16
Elanın bitməsinə25 gün 22 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası