İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMüxtəlif

Baş mühasib

Azdizayn Group

MaaşRazılaşma əsasında
📍ÜnvanBakı İnzibati Ərazisi, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 19 saat qalıb
Vakansiya haqqında

Təsvir

Namizədə olan tələblər: Ali təhsil;Maliyyə, mühasibatlıq sahəsində 3 il iş təcrübəsi; Maliyyə və Mühasibat uçotu sahəsində AR qanunvericilik aktlarını və digər normativ hüquqi sənədləri bilməli  Azərbaycan dilində şifahi və yazılı sərbəst ünsiyyət bacarığı (Rus dili üstünlükdür) İdarəeətmə bacarığı Diqqətcillik Hesablama qabiliyyəti Analitik düşünmə qabiliyyəti Hesabatlılıq Vaxtın idarə edilməsi Məsuliyyətlilik Kompüter bilikləri (MS Office, 1 C8.3 ) İş haqqında məlumat: Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir. Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.    Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının (büdcə) hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir. İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların hərəkətinə və  inventarizasiyasının aparılmasına nəzarət edir. Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor, kreditor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir. Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir. Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir. Uçot sənədlərinin yoxlanılmasını, Əmək haqqının hesablanması və ödənilməsini, Bank əməliyyatlarının və təhtəlhesab şəxslərlə hesablaşmaların aparılmasını, Xəstəlik vərəqələrinin, məzuniyyət və işçilər işdən azad olduqda onlara  kompensasiyanın hesablanmasını, ƏDV, Sadələşdirilmiş vergi, Muzdlu, ÖMV, Əmlak, Torpaq vergisi və Mənfəət vergisi bəyannamələrinin hazırlanması və vaxtında göndərilməsi, E-Qaimə  Fakturaların  tərtib olunması və  göndərilməsi,  DSMF, statistika, Məşğulluq İdarələrinə hesabatlarının  hazırlanması və təqdim  edilməsini təmin edir;  Vergi orqanları ilə yazışmaların aparılmasını, Debitor və kreditorlarla hesablaşmaların aparılmasını, Aylıq və illik Büdcə, Mənfəət-zərər, həftəlik və aylıq plan-fakt cash-flow hesabatlarının hazırlanması təmin edir; Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.  Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi İş şəraiti: 6 günlük iş həftəsi   Əmək Məcəlləsinə əsasən sənədləşmə     Korporativ nömrə  Əmək haqqı razılaşma yolu ilə. Vakansiyaya müraciət üçün CV-ləri “Baş mühasib” başlığı ilə farida.huseynova@az-dizayn.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektAzdizayn Group
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailfarida.huseynova@az-dizayn.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi07.06.2026
Bitmə tarixi05.07.2026 17:31
Elanın bitməsinə27 gün 19 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası