İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMarketinq / Sosial Media

Frilans Məzmun Mütəxəssisi

Anacan

MaaşGörüləcək işin həcminə uyğun
📍ÜnvanAzerbaijan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 19 saat qalıb
Vakansiya haqqında

Təsvir

Anacan - qadınlar üçün nəzərdə tutulmuş müasir və innovativ rəqəmsal platformadır. Biz qadınlara dəstək olmaq, məlumatlandırmaq və ailə idarəçiliyini asanlaşdırmaq üçün fəaliyyət göstəririk. Komandamıza qoşulacaq, layihəmizin vizyonunu bölüşən yaradıcı Frilans Məzmun Mütəxəssisi axtarışındayıq. Vəzifə öhdəlikləri: - Anacan platforması və sosial media hesabları üçün aylıq kontent planının hazırlanması və idarə edilməsi. - Ana, uşaq, ailə və həyat tərzi mövzularında axıcı, cəlbedici və məlumatlandırıcı mətnlərin yazılması. - Bloq yazıları, sosial media postları və tətbiq daxili bildirişlər üçün yaradıcı məzmunların formalaşdırılması. - Hədəf kütlənin ehtiyaclarını analiz edərək trendlərə uyğun yeni, faydalı mövzuların tapılması. Namizədə tələblər: - Kontent menecment, kopiraytinq və ya rəqəmsal marketinq sahəsində təcrübə. - Azərbaycan dilində qrammatik qaydalara mükəmməl səviyyədə bələd olmaq. Rus və ya İngilis dili biliyi arzuolunandır. - Analıq, uşaq inkişafı və ailə idarəçiliyi mövzularına maraq və bu sahədə məzmun yaratma bacarığı. - Məlumatı düzgün araşdırmaq və oxuculara yanlış məlumat vermədən, aydın və rahat anlaşılan dildə çatdırmaq bacarığı. - Süni intellekt alətləri ilə işləməyə, həmçinin rəqəmsal trendlərə açıq olmaq. - Məsuliyyət, detallara diqqət və vaxtın düzgün idarə edilməsi. İş şəraiti: İş formatı: Frilans. Əməkhaqqı: Namizədin təcrübəsinə və görüləcək işin həcminə əsasən razılaşma yolu ilə müəyyən ediləcək. İmkanlar: İnnovativ layihədə, xüsusən də ana və uşaq yönümlü faydalı bir məhsulun inkişafında birbaşa iştirak etmək, peşəkar komanda ilə çalışmaq imkanı. Müraciət qaydası: Maraqlanan namizədlər öz CV-lərini və əvvəlki işlərindən ibarət portfoliolarını career@anacan.az ünvanına, mövzu hissəsində "Məzmun Mütəxəssisi" qeyd edərək göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
KateqoriyaMarketinq / Sosial Media
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektAnacan
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailQeyd edilməyib
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi06.06.2026
Bitmə tarixi04.07.2026 17:21
Elanın bitməsinə27 gün 19 saat qalıb
Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası