İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMüxtəlif

Satış Məsləhətçisi (Fortex showroom)

PAY Group

Maaş700 - 900 AZN
📍ÜnvanBakı İnzibati Ərazisi, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 20 saat qalıb
Vakansiya haqqında

Təsvir

2011-ci ildən etibarən PAY Group MMC-nin  tərkibində fəaliyyət göstərən, lüks seqmentə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə və topdan satışını həyata keçirən Fortex sərgi salonuna Satış məsləhətçisi axtarırıq. Vəzifə üzrə əsas öhdəliklər: Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi; Müştərilərlə rahat ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, müştərilərin suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi; Müştəri ehtiyaclarının müəyyən edilməsi və müvafiq həllərin tövsiyyə edilməsi; Peşəkar şəkildə müştərilərə xidmət göstərilməsi; Səbr və anlayış göstərərək mövcud problemlərin həll edilməsi; Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq. Vəzifə üzrə əsas tələblər: Orta və ya ali təhsil; Satış sahəsində 1-3 il iş təcrübəsi (qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük veriləcək); Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları; Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir  İş şəraiti: İstirahət günü: Bazar; Nahar şirkət tərəfindən verilir; Əmək haqqı: 700-900 AZN Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi hr@paygroup.az elektron poçt ünvanına göndərə bilərsiniz.  Qeyd - Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektPAY Group
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@paygroup.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi02.06.2026
Bitmə tarixi30.06.2026 20:36
Elanın bitməsinə27 gün 20 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası