Vakansiya haqqında
Təsvir
Namizədə olan tələblər:
Təhsil: Ali;
Ağır texnikaların ehtiyat hissələri üzrə minimum 3 il iş təcrübəsi;
Anbar və logistika idarəçiliyi üzrə biliklər;
ERP sistemləri ilə işləmə bacarığı;
Azərbaycan dili səlis, rus dilini yaxşı səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
Ağır texnikalar üçün ehtiyat hissələrinin alınması, saxlanması və istifadəsinin koordinasiyası;
Mövcud ehtiyat hissələrinin inventarizasiyasının aparılması və yenilənməsinin təmin edilməsi;
Tələbatın düzgün təhlili əsasında sifarişlərin planlaşdırılması;
Təchizatçılarla danışıqların aparılması və sərfəli şərtlərlə satınalma müqavilələrinin bağlanılması;
İdxal prosesi və gömrük rəsmiləşdirmələri üzrə nəzarət və koordinasiya;
Ehtiyat hissələrinin vaxtında və düzgün təhvil-təsliminin təmin edilməsi;
Anbarda düzgün və təhlükəsiz saxlanma şəraitinin təmin edilməsi;
Anbar proqramlarının (ERP, 1C, SAP və s.) istifadə və təkmilləşdirilməsinə nəzarət;
Artıq və istifadə olunmayan hissələrin idarə olunması üzrə tədbirlərin görülməsi;
Texniki heyətlə sıx əməkdaşlıq edərək tələbatlara uyğun hissələrin təmin edilməsi;
Qüsurlu və uyğun olmayan hissələrin təhlili və təchizatçılarla geri qaytarılma prosesi;
Sənədləşmənin qanunvericiliyə və daxili prosedurlara uyğun aparılması;
Anbar işçilərinin və logistika komandalarının fəaliyyətinə nəzarət;
Təkmilləşdirmə və optimallaşdırma layihələrinin təşkili və icrası;
Yerli bazar ehtiyat hissələrinin alışının həyata keçirilməsi
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
Ünvan: Lökbatan Dairesi Salyan Şossesi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ehtiyyat Hissələri üzrə Qrup Rəhbəri” yazaraq hr@ramma.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektRAMMA
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@ramma.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi13.06.2026
Bitmə tarixi11.07.2026 13:16
Elanın bitməsinə25 gün 22 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.