İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMüxtəlif

Tədarük zənciri departament direktoru

ATS Food

MaaşBacarığa uyğun
📍ÜnvanSumqayıt, Azərbaycan
🕘İş qrafiki09:00 - 18:00
Bitməsinə27 gün 9 saat qalıb
Vakansiya haqqında

Təsvir

Vəzifə öhdəliyi: Şirkətin strateji hədəflərinə uyğun olaraq tədarük zənciri idarəetmə strategiyasını hazırlamaq və icrasını təmin etmək; Departamentə daxil olan bütün struktur bölmələrin fəaliyyətini koordinasiya və idarə etmək; Təchizat, anbar, nəqliyyat, planlama və beynəlxalq logistika proseslərinin fasiləsiz, effektiv və optimallaşdırılmış şəkildə həyata keçirilməsini təmin etmək; Satınalma və təchizat planlarının hazırlanmasına və icrasına nəzarət etmək; Tələb proqnozlarının hazırlanmasını, satış və ehtiyat planlamasının düzgün qurulmasını təmin etmək; İstehsal, satış və təchizat planlarının qarşılıqlı uyğunlaşdırılmasını və planlama proseslərinin koordinasiyasını həyata keçirmək; Planlama şöbəsinin fəaliyyətinə rəhbərlik etmək, qısa və uzunmüddətli planların hazırlanmasına nəzarət etmək; Ehtiyac planlaması və stok dövriyyəsinin optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək; Yerli və beynəlxalq daşınmaların vaxtında və təhlükəsiz icrasını təmin etmək; Anbar ehtiyatlarının düzgün idarə olunmasına, inventar dəqiqliyinə və stok səviyyələrinin optimallaşdırılmasına nəzarət etmək; Təchizatçılar, daşıyıcı şirkətlər və logistika tərəfdaşları ilə əməkdaşlıq münasibətlərini idarə etmək; Gömrük, idxal-ixrac və beynəlxalq logistika əməliyyatlarının qanunvericiliyə uyğun təşkilini təmin etmək; Tədarük zəncirində yaranan riskləri müəyyən etmək və qabaqlayıcı tədbirlər həyata keçirmək; Əməliyyat xərclərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə təşəbbüslər hazırlamaq; KPI və performans göstəricilərini müəyyən etmək, nəticələri təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək; Departament əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, inkişaf planlarını hazırlamaq və komanda idarəçiliyini həyata keçirmək; Şirkətin digər struktur bölmələri ilə koordinasiyalı işin təşkilini təmin etmək; Tədarük bazarında qiymət dəyişiklikləri, yeni təchizat imkanları və logistika tendensiyalarını davamlı izləmək; Planlama sistemləri üzrə məlumatların düzgünlüyünə və effektiv istifadəsinə nəzarət etmək; Şirkətin xidmət səviyyəsini və əməliyyat davamlılığını təmin etmək məqsədilə planlama və tədarük zənciri üzrə davamlı təkmilləşdirmə layihələri həyata keçirmək. Tələblər: Ali təhsil (Logistika, biznesin idarə olunması, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil); Tədarük zənciri, logistika, satınalma və anbar idarəetməsi sahəsində minimum 7–10 il iş təcrübəsi; Rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi; Nəqliyyat, təchizat, anbar və beynəlxalq logistika prosesləri üzrə geniş praktik biliklər; ERP, SAP, WMS, TMS və digər logistika idarəetmə sistemləri ilə iş təcrübəsi; İdxal-ixrac əməliyyatları, gömrük prosedurları və beynəlxalq daşınma qaydaları üzrə biliklər; Strateji planlama, proses idarəetməsi və optimallaşdırma bacarığı; Büdcə, xərc idarəetməsi və maliyyə təhlili üzrə biliklər; MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; Dil bilikləri: Azərbaycan dili (əla), ingilis dili və rus dili (arzuolunandır) 5 günlük qrafik İş saatı: 09:00-18:00 Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir Üstünlüklərimiz: Nahar Könüllü tibbi sığorta Amortizasiya xərci Yanacaq limiti Korporativ nömrə və telefon danışıq limiti
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiMiddle
İş növüDaimi
İş qrafiki09:00 - 18:00
Şirkət / obyektATS Food
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@atsfood.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi26.05.2026
Bitmə tarixi23.06.2026 08:12
Elanın bitməsinə27 gün 9 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası