Vakansiya haqqında
Təsvir
Vəzifə öhdəlikləri:
İşçilərin əməkhaqlarının və əməkhaqqına aid əlavələrin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmasını həyata keçirmək;
Məzuniyyət haqlarının, xəstəlik vərəqələri üzrə ödənişlərin, sosial müavinətlərin, ezamiyyə dövrü üzrə əməkhaqlarının və digər əməkhaqqı komponentlərinin hesablanmasını həyata keçirmək;
Çoxnövbəli iş qrafikləri və cəmlənmiş iş vaxtı uçotu tətbiq olunan iş rejimlərində çalışan əməkdaşların əməkhaqqılarının düzgün hesablanmasını təmin etmək;
Ezamiyyə ödənişlərini həyata keçirmək, ezamiyyə avanslarını idarə etmək, müvafiq hesabatları hazırlamaq və sənədləşməni təmin etmək;
Son haqq-hesab ödənişlərini hesablamaq və həyata keçirmək;
Əməkhaqqından qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət tutulmalarını həyata keçirmək;
Əməkhaqqından aliment, kredit, borc və digər məhkəmə qərarları əsasında tutulmalı məbləğləri hesablamaq, tutmaq və aidiyyəti üzrə ödənilməsini təmin etmək;
Vahid Bəyannaməni, habelə digər tələb olunan vergi və statistika hesabatlarını hazırlamaq və təqdim etmək;
İşçilərin müraciətləri əsasında onları əməkhaqqı hesablamaları ilə tanış etmək, zərurət yarandıqda əməkhaqqının hesablanmasına dair izahat və ya arayış təqdim etmək;
Əməkhaqqı ilə bağlı mürəkkəb məsələlərin araşdırılmasında, uyğunsuzluqların aradan qaldırılması və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi ilə bağlı təkliflər vermək;
Əməkhaqqı hesablamaları, vergi tələbləri və əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və uyğunluğun təmin edilməsində iştirak etmək.
Tələb olunan əmək haqqı hesabatlarının hazırlanmasını təmin etmək.
Tələblər:
Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Əməkhaqqı hesablanması və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
Əmək qanunvericiliyi və vergi tələbləri üzrə güclü biliklər;
Microsoft Excel proqramı üzrə yüksək səviyyədə bilik;
ERP sistemləri, xüsusilə 1C proqramı ilə iş təcrübəsi üstünlükdür;
Güclü riyazi və analitik düşüncə bacarığı;
Yüksək kommunikasiya və komanda ilə işləmə bacarıqları;
Zərurət yarandıqda ezamiyyələrə açıq olmaq.
İngilis dili biliyi arzuolunandır;
İş şəraiti və şərtləri:
İş yeri: Bakı şəhəri, Azərbaycan
Ezamiyyələr zamanı yaşayış yerinin təmin edilməsi.
Biz nə təklif edirik?
Yemək xərclərinin qarşılanması;
Aylıq telefon istifadəsi üçün təminat;
Tibbi sığorta;
Rəqabət qabiliyyətli əməkhaqqı
Qeyd olunan tələblərə uyğun olan namizədlərin CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə jobs@aimc.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektAIMC (Azerbaijan International Mining Company)
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailjobs@aimc.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi09.06.2026
Bitmə tarixi07.07.2026 08:57
Elanın bitməsinə27 gün 16 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.