Vakansiya haqqında
Təsvir
Şirkətimiz əsas fəaliyyət istiqaməti üzrə məhsul təchizatının və satınalma proseslərinin effektiv idarə olunmasını təmin edəcək peşəkar, məsuliyyətli və analitik düşüncə qabiliyyətinə malik Təchizat üzrə Kateqoriya Meneceri axtarır.
Vəzifə öhdəlikləri:
Şirkətin ehtiyaclarına uyğun məhsul və malların satınalma prosesinin həyata keçirilməsi;
Yerli və xarici təchizatçılarla əməkdaşlığın qurulması və idarə olunması;
Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və müqavilə şərtləri üzrə danışıqların aparılması;
Bazar araşdırmalarının aparılması, qiymət analizlərinin və məhsul müqayisələrinin hazırlanması;
Məhsul kateqoriyaları üzrə alış planlarının hazırlanması və icrasına nəzarət;
Məhsul ehtiyatlarının (stok) izlənilməsi, tələbatın proqnozlaşdırılması və vaxtında sifarişlərin təmin edilməsi;
Satınalma büdcəsinin effektiv idarə olunması və xərc optimizasiyası üzrə təkliflərin verilməsi;
Təchizat və satınalma fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
Təchizat, satınalma və ya kateqoriya idarəçiliyi sahəsində iş təcrübəsi;
Güclü analitik düşünmə və bazar təhlili bacarığı;
Təchizatçılarla peşəkar danışıqlar aparmaq və münasibətləri idarə etmək bacarığı;
Yüksək məsuliyyətlilik, operativlik və nəticəyönümlü yanaşma.
Təklif edirik:
Rəqabətli əmək haqqı;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Dinamik və korporativ iş mühiti;
Güclü komandada çalışma imkanı.
Maraqlanan namizədlər CV-lərini hr@forte.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Təchizat üzrə Kateqoriya Meneceri” qeyd olunması xahiş edilir.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüTam ştat
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektForte Kids mağazalar şəbəkəsi
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@forte.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi03.06.2026
Bitmə tarixi01.07.2026 18:09
Elanın bitməsinə27 gün 20 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.