İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMüxtəlif

Ofis Meneceri / Kargüzar

Green Perimeter MMC

Maaş600 - 600 AZN
📍ÜnvanBakı İnzibati Ərazisi, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 19 saat qalıb
Vakansiya haqqında

Təsvir

Green Perimeter MMC komandamıza məsuliyyətli, diqqətli və operativ Ofis Meneceri / Kargüzar axtarır. Vəzifə öhdəlikləri: Müəyyən edilmiş şablonlar əsasında müqavilələrin hazırlanması və rəsmiləşdirilməsi; Təhvil-təslim aktlarının tərtib edilməsi; Akt, qaimə və hesab-fakturaların hazırlanması; Sənədlərin kuryer vasitəsilə göndərilməsi və qəbulunun təşkili; Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması; Ofis üçün zəruri dəftərxana və təsərrüfat mallarının sifariş edilməsi; Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icra olunması; Sənəd dövriyyəsinin və ofis işlərinin koordinasiyası. Tələblər: Ali və ya orta ixtisas təhsili; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; Rus və ya ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilmək (mütləqdir); MS Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı; Kargüzarlıq və sənədlərlə işləmə sahəsində təcrübə üstünlükdür; Məsuliyyətlilik, diqqətlilik və operativlik; Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı. İş şəraiti: Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Əmək haqqı: 600 AZN; Peşəkar inkişaf və karyera imkanları. Qeyd: Vakansiya üzrə xanım namizədlərin müraciət etmələri xahiş olunur. Maraqlanan namizədlər CV-lərini office@gpl.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "Ofis Meneceri / Kargüzar" qeyd olunması xahiş olunur.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektGreen Perimeter MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailoffice@gpl.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi03.06.2026
Bitmə tarixi01.07.2026 17:01
Elanın bitməsinə27 gün 19 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası