Vakansiya haqqında
Təsvir
“Zeytun Pharmaceuticals” şirkəti Fəhlə axtarışındadır.
Vəzifə funksiyaları:
Anbar müdirinin tapşırıqlarına uyğun olaraq gündəlik çeşidləmə və yığım işlərini həyata keçirmək;
Məhsulların mədaxili zamanı qaiməyə uyğun olaraq say baxımından düzgün qəbul olunmasına kömək etmək;
Məhsulların anbar daxilində düzgün yerləşdirilməsi və standartlara uyğun saxlanılmasına əməl etmək;
Qaimədəki məhsulların yığılması zamanı istifadə müddətinə və öncəlikli yığım (FİFO) prinsiplərinə riayət etmək;
Gündəlik olaraq məhsulların istifadə müddəti və saxlanılma şəraitinə nəzarət etmək;
Məhsulların qutulara və konteynerlərə təhlükəsiz şəkildə yığılmasını təmin etmək;
Filiallardan gələn iadələrin qəbulunda, çeşidlənməsində və təhvil verilməsində iştirak etmək;
Sistem üzrə yerdəyişmə və yığım proseslərində anbar müdirinə dəstək olmaq;
Məhsulların zədələnmədən daşınması, yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək.
Tələblər:
Orta təhsil
Anbar sistemi və tikinti sahəsində iş təcrübəsi
Fiziki işlərdə işləmək bacarığı
İşə vaxtında gəlmək və tapşırıqları dürüst yerinə yetirmək;
Kollektivlə işləmə bacarığı və verilən təlimatları tez qavramaq;
Yaş həddi: 25-35.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Əmək haqqı: 600 AZN
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində “fəhlə” qeyd etməyiniz xahiş olunur.
KateqoriyaSəhiyyə / Tibb / Sağlamlıq
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektZeytun Pharmaceuticals
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhrdepartment@zeytunpharma.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi26.05.2026
Bitmə tarixi23.06.2026 19:04
Elanın bitməsinə27 gün 19 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.