Vakansiya haqqında
Təsvir
Vəzifə öhdəlikləri
Təchizat fəaliyyəti
Xammalın (spirt, su, şəkər, konsentratlar, aromatizatorlar və s.) və ehtiyat hissələrinin satın alınmasının təşkili
Alqı-satqı sifarişlərinin hazırlanması və icrası (dəftərxana ləvazimatları, yeməkxana-mətbəx ləvazimatları, nəqliyyat və avtomobil ehtiyyat hissələri (təkər, yağ və s.), printer, kompüter, paltar uniforma, baxil və s. alınması sifarişləri, taksi xidməti sifarişləri, üzüm bağlarında istifadə olunan dərmanlar və s., laboratoriya, təlim, qatqılar və s., təmir-tikinti işlərinin aparılması üçün ləvazimatların sifarişi, aviabiletlərin, daxili biletlərin sifarişi, ezamiyyətdə olan əməkdaşlara və qonaqlara otel rezervi, servis xidmətləri və s. işlər)
Təchizat ehtiyaclarının istehsal planına uyğun müəyyən edilməsi
Təchizatçılarla iş
Təchizatçıların araşdırılması və seçilməsi
Təchizatçılarla kommersiya danışıqlarının aparılması
Qiymət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə razılaşmaların əldə edilməsi
Müqavilələrin hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək
Logistika və anbarla koordinasiya
Alınan malların vaxtında və düzgün çatdırılmasına nəzarət
Anbar qalığına nəzarət və ehtiyat səviyyəsinin optimallaşdırılması
İstehsalın fasiləsizliyini təmin etmək üçün material axınının idarə olunması
Sənədləşmə və hesabatlılıq
Alqı-satqı ilə bağlı sənədlərin (hesab-faktura, qaimə, müqavilə və s.) düzgün rəsmiləşdirilməsi
Daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Maliyyə və mühasibatlıq şöbəsi ilə koordinasiya
Keyfiyyət və uyğunluğa nəzarət
Alınan xammal və materialların keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması
Qida təhlükəsizliyi və normativ tələblərə riayət olunmasına nəzarət
Uyğunsuzluqlar aşkar edildikdə təchizatçı ilə iş aparılması
Xərclərin optimallaşdırılması
Alqı-satqı xərclərinin azaldılması üzrə təkliflərin hazırlanması
Alternativ təchizat mənbələrinin araşdırılması
Büdcəyə uyğun satınalma strategiyasının icrası
Daxili koordinasiya
İstehsal, keyfiyyətə nəzarət və satış şöbələri ilə sıx əməkdaşlıq
İstehsal planında dəyişikliklərə uyğun operativ tədbirlərin görülməsi
Tələblər:
Ali təhsil;
Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
Xarici dil biliyi olan namizədlərə üstünlük veriləcək;
1C , Excel və s. kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;
İş şəraiti:
Nahar fasiləsi 13:00 – 14:00, işçilər naharla təmin olunur
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiMiddle
İş növüTam ştat
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektİnsan Resursları Departamenti
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailb.isgenderov@xan.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi27.05.2026
Bitmə tarixi24.06.2026 17:29
Elanın bitməsinə27 gün 19 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.