Vakansiya haqqında
Təsvir
Tələblər:
Təhsil marketinqi sahəsində 3-5 il iş təcrübəsi.
Biznes, marketinq, təhsil, idarəetmə və ya oxşar sahə üzrə ali təhsil.
Analitik düşünmə və təhliletmə bacarığı.
Komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Təhsil mərkəzinin məhsulları üzrə inkişaf konsepsiyasının hazırlanması və icrası.
Təhsil məhsullarının bazara çıxarılması.
Marketinq kampaniyalarının hazırlanmasında və icrasında iştirak etmək.
Bazar və rəqib araşdırmalarının aparılmasına iştirak etmək.
Yeni təhsil məhsullarının yaradılması və mövcud məhsulların satışının artırılmasına dəstək.
Tələbə cəlbetmə prosesinə dəstək və satış komandası ilə koordinasiya.
Potensial tələbələrin cəlb olunması üçün “lead generation” və satışa dəstək mexanizmlərində iştirak.
Marketinq nəticələrinin “analizi və hesabatların hazırlanması” (müraciət sayı, dönüşüm faizi və s.).
Görülmüş işlərlə bağlı rəhbərliyə müvafiq hesabatların təqdim olunması.
İş haqda məlumat:
5 gün saat 10:00-19:00
Şənbə- saat 10:00 -16:00 (qısa iş günü).
Əmək haqqı: 1.500 AZN.
İldə bir dəfə performans dəyərləndirilməsinə uyğun olaraq artan əmək haqqı sistemi.
Rəsmi əmək müqaviləsi ilə iş.Ünvan - Atatürk pr 39 A. (“StudyLab” təhsil mərkəzi).
Uyğun namizədlər CV-lərini (PDF formada) tofiq.elekberli@studylab.az elektron ünvanına “Marketinq meneceri” başlığı ilə göndərə bilərlər.
KateqoriyaElm / Təhsil / Təlim
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektStudyLab
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailtofiq.elekberli@studylab.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi03.06.2026
Bitmə tarixi01.07.2026 13:28
Elanın bitməsinə27 gün 19 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.