İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMüxtəlif

Kreativ Menecer (Creative Manager)

PJA MMC

MaaşRazılaşma əsasında
📍ÜnvanBakı İnzibati Ərazisi, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 17 saat qalıb
Vakansiya haqqında

Təsvir

Biz – dinamik inkişaf edən restoran brendləri şəbəkəsiyik və qida sənayesində unikal qastronomik konsepsiyalar yaradırıq. Şirkətimizin genişlənməsi ilə əlaqədar olaraq, dizaynerlər, SMM komandası və R&D bölməsini idarə edəcək Kreativ Menecer axtarırıq. Tələblər: Ali təhsil; Marketinq, dizayn və ya brend sahəsində minimum 3 il iş təcrübəsi; Kreativ komandaların idarə olunmasında təcrübə üstünlükdür; Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır; Qrafik dizayn proqramlarını (Adobe Creative Suite, Figma və s.) bilmək; Rəqəmsal marketinq və SMM sahəsində təcrübə; Qida sektoru ilə bağlı anlayışının olması üstünlükdür; Kreativ düşüncə və strateji yanaşma qabiliyyəti; Müxtəlif tapşırıqları icra etmə bacarığı və yüksək məsuliyyət; Süni intellekt (AI) alətlərindən (Midjourney, DALL·E, ChatGPT, Canva və s.) istifadə bacarığı və onların yaradıcı proseslərdə tətbiqi. Öhdəliklər: Kreativ komandanın (dizaynerlər, SMM, R&D) idarə olunması və işlərinin koordinasiyası; Brendlərin vizual və kontent strategiyasının hazırlanması və icrası; Reklam materialları, brendin vizual identifikasiyası və satış nöqtələrinin dizaynını idarə etmək; SMM komandası ilə birlikdə sosial media kampaniyalarının hazırlanması və icrası; R&D ilə əməkdaşlıq edərək yeni məhsul və menyuların yaradılmasında iştirak; Şirkətin məxsus brendlərin  imicinin qorunmasına və inkişafına nəzarət; Rəqiblərin təhlili, bazar araşdırmalarının aparılması və yeni tendensiyaların izlənməsi; Reklam kampaniyalarının (YouTube, Google, Facebook, Instagram, LinkedIn) yerləşdirilməsinə nəzarət; Süni intellekt alətlərindən istifadə edərək dizayn və kontent yaradılmasının optimallaşdırılması; Marketinq və yaradıcı layihələrin effektiv icrasını təmin etmək. İş şərtləri: Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək; 5 günlük iş həftəsi; İş saatı: 10:00-19:00; Rabitə xərclərinin şirkət tərəfindən ödənilməsi; İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun həyata keçirilir. Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Kreativ Menecer” mövzusu ilə hr@pja.az elektron ünvanına göndərə bilərlər.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektPJA MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@pja.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi28.05.2026
Bitmə tarixi25.06.2026 14:00
Elanın bitməsinə27 gün 17 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası