İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMühafizə və Təhlükəsizlik

SƏTƏMM

“SAFETYEVER” MMC

Maaş800 AZN
📍ÜnvanDaşkəsən rayonu, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə15 gün 9 saat qalıb
Vakansiya haqqında

Təsvir

“SAFETYEVER” MMC olaraq SƏTƏM sahəsində 2 nəfər əməkdaş axtarırıq. Vəzifənin adı: SƏTƏM üzrə mütəxəssis Əsas vəzifələr: • Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydalarına riayət olunmasına nəzarət etmək • Müəssisənin SƏTƏM qaydalarına riayət olunmasına nəzarət etmək; tələb olunan yerlərdə və ərazilərdə xüsusi işarələr və məlumatlandırıcı və xəbərdaredici lövhələr yerləşdirmək • Qəza və bədbəxt hadisələrin araşdırmasını aparmaq və rəhbərliyə hesabat təqdim etmək • Risklərin qiymətləndirilməsi və qarşısının alınması üçün tədbirlər planı hazırlamaq • Şirkətin SƏTƏM üzrə risk qiymətləndirmələrini mütəmadi nəzərdən keçirmək və əməl olunmasına nəzarət etmək • Struktur bölmələrin rəhbərləri tərəfindən işçilərə ilkin,təkrar,cari,plandan kənar təlimatların vaxtlı-vaxtında keçirilməsini və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq • Təhlükəsizlik avadanlıqlarının və fərdi mühafizə vasitələrinin istifadəsinə nəzarət • Alətlər və avadanlıqlar, iş yerləri və iş mühiti ilə əlaqəli təhlükəsizlik riskinin qiymətləndirilməsi, potensial və mövcud təhlükələrin qarşısının alınması üzrə işlərin aparılması, profilaktik tədbirlərin görülməsi; • Ərazidə yanğın təhlükəsizliyini təmin etmək, yanğın təhlükəsizliyi üzrə qanuni tələblərlə uyğunluğun təmin etmək • Yanğından mühafizə sistemlərinin ( hydrant,daxili yanğın su kranı,sprinkler,xəbərverici qurğular,ilkin odsöndürən balonlar və s. ) daim saz vəziyyətdə olmasını daim yoxlamaq, zəruri tədbirlər görmək Namizədə Tələblər: • Ali təhsil (Fövqəladə Hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə üstünlükdür) • SƏTƏM sahəsində 1-3 il iş təcrübəsi • Aidiyyəti sahə üzrə sertifikatların mövcudluğu (üstünlükdür) • Əmək qanunvericiliyi və SƏTƏM standartlarını bilmək • Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq Əmək şəraiti: İş rejimi: Növbəli (15/15) İş saatları: 08:00-20:00 İş yeri: Daşkəsən Əmək haqqı: 800 Təminatlar: Qalmaq yeri şirkət tərəfindən təmin olunur Gün ərzində 3 dəfə qidalanmaq şirkət tərəfindən qarşılanır. Müraciət üçün: Tələblərə uyğun gələn namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə office@safetyever.az elektron ünvanına göndərmələri xahiş olunur.
KateqoriyaMühafizə və Təhlükəsizlik
Vəzifə dərəcəsiMiddle
İş növüTam ştat
İş qrafikiQeyd edilməyib
Şirkət / obyekt“SAFETYEVER” MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailoffice@safetyever.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi22.05.2026
Bitmə tarixi19.06.2026 05:52
Elanın bitməsinə15 gün 9 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası