Vakansiya haqqında
Təsvir
Əgər HR əməliyyatları, əmək qanunvericiliyi və sənəd dövriyyəsi sahəsində təcrübəniz varsa, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri:
İşçilərin işə qəbul, vəzifə dəyişikliyi və işdən çıxış proseslərini icra etmək;
Əmək müqavilələri hazırlamaq və rəsmiləşdirmək;
ƏMAS sistemi üzərindən əməliyyatları həyata keçirmək;
Şəxsi iş qovluqlarını formalaşdırmaq və sənəd dövriyyəsini idarə etmək;
Məzuniyyət, ezamiyyət, davamiyyət və digər HR əməliyyatlarını izləmək;
Daxili əmrləri, arayışları və HR sənədlərini hazırlamaq;
Dövlət qurumları ilə bağlı sorğuları cavablandırmaq;
HR hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
İntizam tənbehlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini icra etmək;
Əmək qanunvericiliyindəki yenilikləri izləmək və tətbiq etmək.
Tələblər:
İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
Əmək Məcəlləsi və HR əməliyyatları üzrə biliklər;
ƏMAS sistemi ilə işləmə təcrübəsi;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşüncə və yüksək kommunikasiya bacarığı;
Məsuliyyətli, detallara diqqətli və operativ olmaq.
Biz təklif edirik:
Nahar və servis ilə təminat;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük tam iş qrafiki;
Korporativ mobil nömrə.
Müraciət üçün CV-nizi “İnsan Resursları Əməliyyatları üzrə Aparıcı Mütəxəssis” başlığı ilə careers@decoliv.az elektron poçt ünvanına göndərə bilərsiniz.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektDecoliv MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailcareers@decoliv.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi27.05.2026
Bitmə tarixi24.06.2026 10:15
Elanın bitməsinə27 gün 17 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.