İş imkanları yüklənir

Asimos / Elan detalları
Elanİnzibati İdarəetmə

Mühasib köməkçisi

Europark MMC

MaaşRazılaşma əsasında
📍ÜnvanBakı
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 18 saat qalıb
Vakansiya haqqında

Təsvir

Əmək haqqı: 500 AZN Təcrübə: 1 ilə qədər və ya təcrübəsiz (təcrübə proqramını bitirmiş namizədlərə üstünlük verilir) İşin Təsviri: Mühasib köməkçisi şirkətin maliyyə və mühasibat şöbəsinin gündəlik fəaliyyətinə dəstək göstərəcək, ilkin sənədləşmələrin aparılması və məlumatların bazaya daxil edilməsi prosesində aktiv iştirak edəcəkdir. Bu vəzifə mühasibatlıq sahəsində karyera qurmaq və peşəkar komandada təcrübə qazanmaq istəyənlər üçün ideal fürsətdir. Vəzifə Öhdəlikləri: İlkin mühasibat sənədlərinin (hesab-fakturalar, qaimə-fakturalar, elektron vergi hesab-fakturaları və s.) qəbul edilməsi, yoxlanılması və sistemə işlənməsi; Bank çıxarışlarının mühasibat proqramına (1C) daxil edilmesi və köçürmələrin izlənilməsi; Debitor və kreditor borcların izlənilməsi, qarşılıqlı üzləşmə aktlarının hazırlanması və partnyorlarla koordinasiya edilməsi; Ezamiyyət, təhtəlhesab və digər gündəlik xərclərin hesabatlarının yoxlanılması və qeydiyyatı; Mühasibat sənədlərinin nizamlı şəkildə arxivləşdirilməsi və qorunub saxlanılması; Baş mühasibin və ya mühasibin verdiyi digər cari tapşırıqların yerinə yetirilməsi. Namizədə Dair Tələblər: Təhsil: Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə Bakalavr təhsil; Proqram bilikləri: 1C (8.3 versiyası) proqramı ilə ilkin işləmək bacarığı; MS Office (xüsusilə Excel) proqramından yaxşı səviyyədə istifadə; Vergi Məcəlləsi və Mühasibat uçotu haqqında ilkin nəzəri biliklər (e-taxes.gov.az portalından istifadə qaydalarını bilmək üstünlükdür); Riyazi hesablama aparmaq və analitik düşünmə qabiliyyəti; Detallara qarşı diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı
Kateqoriyaİnzibati İdarəetmə
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüTam ştat
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektEuropark MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@europark.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi04.06.2026
Bitmə tarixi02.07.2026 19:00
Elanın bitməsinə27 gün 18 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası