Vakansiya haqqında
Təsvir
“VLand Systems” MMC (əvvəlki adı “STP Metal Structures” MMC)
Vəzifə öhdəlikləri:Layihə cizgilərini və detallı dizayn rəsmlərini nəzərdən keçirmək;
Boya və abraziv material sərfiyyatının texniki tələblərə uyğunluğunu yoxlamaq və nəzarətdə saxlamaq;
Boya spesifikasiyalarını analiz etmək və tətbiqinə nəzarət etmək;
İnspeksiya və Test Planına (ITP) uyğun boya prosedurunun tətbiqini təmin etmək;
Boya anbarında gündəlik yoxlamalar və qeydiyyat aparmaq;
Qumlama öncəsi və sonrası səth yoxlamaları, toz testi və səth kələ-kötürlüyünün ölçülməsi;
Boyama zamanı ətraf mühit şəraitini — temperatur, nisbi rütubət və səth temperaturunu ölçmək və qeyd etmək;
Yaş və quru film qalınlığının ölçülməsi və vizual yoxlamaların aparılması;
Görülən işlər üzrə texniki hesabatların hazırlanması və təqdim edilməsi;
Uyğunsuzluq aşkar edildikdə müvafiq şəxslərə məlumat vermək və düzəldici tədbirlərin icrasını izləmək;
Təhkim olunmuş ölçü və yoxlama cihazlarının saz vəziyyətdə olmasına nəzarət etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək.
Tələblər:
Ali texniki təhsil;
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
ISO 8501, ISO 8502, ISO 8503, ISO 12944 standartları üzrə biliklər;
Aşağıdakı beynəlxalq sertifikatlardan biri: NACE Level 2 Coating Inspector, BGAS-CSWIP Painting Inspector Grade 2ISO 9001 və digər keyfiyyət idarəetmə sistemləri barədə biliklər;
Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklər;
Rəsmi hesabatların hazırlanması bacarığı;
Texniki rəsmlərlə işləmək və texniki normativləri anlama bacarığı;
Boya spesifikasiyaları, ITP, texniki cizgilər, prosedurlar və inspeksiya hesabatları kimi sənədləri Azərbaycan və İngilis dillərində oxumaq və anlamaq bacarığı;
Məsuliyyətlilik, qərarvermə, problem həlletmə, planlaşdırma, təşkilatçılıq və komandada işləmə bacarıqları;
Dəqiqlik və detallara yüksək diqqət yetirmə qabiliyyəti.
İş şəraiti:
5 günlük iş qrafiki, 08:00-17:00;
İş yeri: Sumqayıt şəhəri;
Könüllü tibbi sığorta təminatı;
Korporativ nömrə;
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Tələblərə uyğun namizədlər CV formalarını recruitment@vls.az elektron poçt ünvanına, mövzu hissəsinə “Boya və Qumlama üzrə Müfəttiş” yazaraq göndərə bilərlər.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektVLand Systems MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailrecruitment@vls.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi01.06.2026
Bitmə tarixi29.06.2026 07:31
Elanın bitməsinə27 gün 8 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.