İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanSəhiyyə / Tibb / Sağlamlıq

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri

Sağlam Ailə

MaaşRazılaşma əsasında
📍ÜnvanBakı İnzibati Ərazisi, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 20 saat qalıb
Vakansiya haqqında

Təsvir

Vəzifə və öhdəliklər: Şirkətin ictimai əlaqə strategiyaları, şöbənin plan və proqramlarının hazırlanması, yeni təklif və təşəbbüslərlə çıxış etmək;  Şirkətin imicini qorumaq və gücləndirmək üçün müxtəlif tədbirlər həyata keçirmək; PR kampaniyalarına dair təklif planının tərtibi, keçirilən kampaniyaların nəticələrinin təhlil edilməsi və rəhbərliyə təqdimatın edilməsi; Media tərəfindən yayımlanan məlumatların monitorinqini aparmaq və reputasiya risklərini idarə etmək; Korporativ tədbirlərin təşkili; Şirkət məhsulları və xidmətləri üçün PR kampaniyalarını planlaşdırmaq və idarə etmək; Müxtəlif reklam agentllikləri, televiziya və yayım şirkətləri, kütləvi informasiya agentlikləri, tanınmış şəxslərlər birgə əməkdaşlıq mövzusunda görüşlərin keçirilməsi və biznes əlaqələrinin qurulması; Press-relizlər, məqalələr, reklam mətnləri yazılmasına, press-kitlər, informasiya bülletenləri, təqvim cədvəlləri hazırlanmasına nəzarət etmək və bununla bağlı ictimaiyyətlə əlaqələr heyətinə tapşırıqlar vermək; Mətbuatla və əsas biznes tərəfdaşları ilə münasibətlər qurmaq və inkişaf etdirmək; Rəqiblərin və analoji qurumların fəaliyyətini və bazar trendlərini araşdırmaq və izləmək; Marketinq layihələrinin uğurlu icrası üçün daxili komanda arasında effektiv kommunikasiya və koordinasiyanın təmin olunması; Meta Ads, Google Ads və digər platformalarda reklam fəaliyyətlərinin optimallaşdırılması; Rəqəmsal marketinq kanalları üzrə kampaniyaları idarə etmək, nəticələri təhlil etmək və optimallaşdırmaq; Ehtiyac yarandıqda rəhbərliyin icazəsi ilə media və ictimaiyyət qarşısında çıxış etmək; Şirkətin və şöbənin fəaliyyəti ilə bağlı müvafiq məlumatların (mediada xəbər və açıqlamalar, sosial şəbəkə paylaşımları, foto, video, audio və s.) izlənməsi və arxivləşdirilməsini təmin etmək; Tərəfdaş dövlət və özəl qurumlarla geniş əlaqələrin olması, birgə layihələrin və digər ictimai tədbirlərin təşkili və icrasını həyata keçirmək. Namizədə olan tələblər: İctimaiyyətlə əlaqələr, Jurnalistika, Marketinq və ya əlaqəli sahədə ali təhsil; PR və marketinq sahəsində 5 illik iş təcrübəsi (rəhbər vəzifədə təcrübə); PR və marketinq alətləri və texnologiyaları üzrə bilik; Mətbuat açıqlamaları, kampaniyalar və təqdimatların hazırlanmasında təcrübə; Media ilə işgüzar münasibətlərin qurulmasında təcrübə; Dil Bilikləri: Azərbaycan dili (ana dili), ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür). Şəxsi keyfiyyətlər: Yüksək kommunikasiya bacarığı;  Liderlik xüsusiyyətləri; Təşkilatçılıq bacarığı; Analitik düşünmə qabiliyyəti; Diqqətli və məsuliyyətli. Əlavə məlumat: İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur (həftəlik 40 saat, 09:00-18:00).  Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən təyin olunur. Göstərilən tələblərə uyğun namizədlər öz CV-i emailin mövzu hissəsinə mütləq “İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
KateqoriyaSəhiyyə / Tibb / Sağlamlıq
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektSağlam Ailə
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@saglamaile.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi03.06.2026
Bitmə tarixi01.07.2026 18:09
Elanın bitməsinə27 gün 20 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası