Vakansiya haqqında
Təsvir
İş barədə məlumat
İş yeri: Bakı şəhəri, 8 Noyabr prospekti, Asiman restoranının arxası.
İş günlər: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Xahiş olunur uyğun nazmizədlər Cv-ni hr@burma.az e-mail ünvanına və ya 777170067 nomresine Vakansiya adını qeyd etməklə göndərsinlər. Yalnız tələblərə uyğun olan namizədlərə geri dönüş ediləcək.
Öhdəliklər
• Anbar və Stok Uçotu: Malların mədaxili, anbarlararası yerdəyişməsi, silinməsi və geri qaytarılması əməliyyatlarının uçot proqramında(1C) dəqiq və vaxtında əks etdirilməsi;
• Satışın Sənədləşdirilməsi: Satış sifarişlərinə uyğun olaraq daxili qaimələrin, elektron qaimə-fakturaların, təhvil-təslim aktlarının tərtib edilməsi və sənəd dövriyyəsinin idarə edilməsi;
• Müqavilə və Sənəd Menecmenti: Satış və alış müqavilələrinin layihələrinin hazırlanması, hüquqi sənədlərin tamlığının izlənilməsi və arxivləşdirilməsi;
• Bank Əməliyyatları: Bank çıxarışlarının proqram təminatına işlənilməsi və qalıqların sistemlə çarpaz yoxlanılması;
• Baza Təhlili və Düzəlişlər: Bu vəzifə ilə əlaqədar mühasibatlıq bazasındakı məlumatların düzgünlüyünün monitorinqi, aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması və uçotun yenidən sistemləşdirilməsi;
• Alışların Uçotu: Yerli və xarici mal alışları üzrə qaimələrin və xərc sənədlərinin uçota alınması.
Tələblər
• Peşəkar Biliklər: Mühasibat uçotunun prinsipləri və sənəd dövriyyəsi qaydaları barədə dərin biliklər;
• Təcrübə: Satış, anbar və ya FMCG sahəsində mühasib əməliyyatçı kimi minimum 1 il iş təcrübəsi;
• Texniki Bacarıqlar: 1C proqramında sərbəst işləmək bacarığı və MS Excel bilikləri;
• Portal Təcrübəsi: Elektron hökumət portalları (e-taxes) və bank-klient sistemləri ilə işləmə vərdişləri;
Şəxsi Keyfiyyətlər:
• Analitik düşünmə,
• Detallara qarşı həssaslıq,
• Vaxtın düzgün idarə edilməsi və yüksək məsuliyyət hissi
Kateqoriyaİnzibati İdarəetmə
Vəzifə dərəcəsiJunior
İş növüTam ştat
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektİnsan Resursları Departamenti
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@burma.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi27.05.2026
Bitmə tarixi24.06.2026 17:27
Elanın bitməsinə27 gün 19 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.