İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMüxtəlif

Qrafik Dizayner / Motion Dizayner

Energy Monitoring MMC

MaaşRazılaşma əsasında
📍ÜnvanBakı İnzibati Ərazisi, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 17 saat qalıb
Vakansiya haqqında

Təsvir

İş yeri: Bakı, Azərbaycan Hazırda marketinq və korporativ kommunikasiya fəaliyyətlərinin gücləndirilməsi məqsədilə Qrafik Dizayner / Motion Dizayner vəzifəsi üzrə peşəkar namizədlərin müraciətlərini qəbul edirik.  Vəzifə öhdəlikləri: Şirkətin korporativ standartlarına uyğun qrafik dizayn materiallarının hazırlanması;  Sosial media, veb-sayt və digər rəqəmsal platformalar üçün vizual məzmunların yaradılması;  Motion qrafika, animasiya və video kontentlərin hazırlanması;  Korporativ təqdimatlar, broşürlər, kataloqlar, reklam materialları və digər marketinq məhsullarının dizaynı;  Brend identikliyinin qorunması və inkişaf etdirilməsi;  Marketinq və biznes inkişafı komandaları ilə koordinasiyalı fəaliyyət göstərilməsi;  Müasir dizayn trendlərinin izlənilməsi və tətbiq olunması.  Tələblər: Qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahə üzrə təhsil;  Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;  Adobe Photoshop, Adobe Illustrator və Adobe After Effects proqramlarında yüksək səviyyədə işləmə bacarığı;  Video montaj proqramları (Adobe Premiere Pro, DaVinci Resolve və s.) üzrə biliklər;  Kreativ yanaşma, vizual düşünmə və detallara diqqət;  Vaxtın effektiv idarə olunması və komanda ilə işləmə bacarığı;  Portfolio təqdim olunması mütləqdir.  Üstünlük veriləcək namizədlər: Enerji, texnologiya və ya sənaye sektorunda dizayn təcrübəsi olanlar;  3D qrafika və animasiya proqramları üzrə biliklərə malik şəxslər;  UI/UX dizayn sahəsində ilkin bilik və təcrübəsi olan namizədlər.  Maraqlanan namizədlərdən CV və portfolio fayllarını hr@gstaffagency.com elektron poçt vasitəsilə göndərmələri xahiş olunur.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektEnergy Monitoring MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@gstaffagency.com
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi08.06.2026
Bitmə tarixi06.07.2026 07:53
Elanın bitməsinə27 gün 17 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası