İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMüxtəlif

Kiçik Auditor vakansiyası

Eden Agro MMC

MaaşRazılaşma əsasında
📍ÜnvanBakı İnzibati Ərazisi, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 19 saat qalıb
Vakansiya haqqında

Təsvir

Kiçik Auditor vakansiyası Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir. Vəzifə öhdəlikləri: Komanda üzvü qismində səmərəli çalışır, öhdəlikləri bölüşür, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparır; Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatı toplayaraq analiz edir; Biznes proseslər haqqında məlumat toplayır və biznes proseslərin analizində iştirak edir; Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə audit prosedurları olan test və müsahibə üsulunu həyata keçirir; Məlumatın test üsulu ilə yoxlanılmasını həyata keçirir; Audit yoxlamalarının nəticələrini müəyyən edilmiş daxili standartlara uyğun şəkildə sənədləşdirir; Mühasibat sistemlərinin effektivliyi və səmərəliliyini, eləcə də qəbul olunmuş mühasibat prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlayır; Daxili Audit şöbəsində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirir. Vəzifə tələbləri: Biznesin idarə edilməsi, Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi; Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə)proqramlarında sərbəst işləmə bacarığı; Biznes proseslərin analizi metodlarının tətbiqi; Test üsulundan istifadə edərək məlumatın yoxlanılması bacarığı; Müsahibələrin keçirilməsi bacarığı; Vaxtın düzgün idarə edilməsi qabiliyyəti; Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları; Problemləri həll etmə bacarıqları; Komanda daxilində fəaliyyət göstərmək bacarığı; Stress altında çalışmaq bacarıqları; Azərbaycan, İngilis səlis ( Rus dili – Arzu olunandır). Biz təklif edirik: Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi; Korporativ tibbi sığorta paketi; Peşəkar və liderlik inkişaf proqramları; Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı; Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları; Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı; Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti; Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı. İş şəraiti: Struktur: Daxili Audit Departamenti Birbaşa rəhbər: Daxili Audit Meneceri İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi Maraqlanan şəxslər öz CV formalarını "Kiçik Auditor" başlığı ilə hr@edenagro.az elektron poçt ünvanına 30.06.2026 tarixinə qədər göndərə bilərlər. Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektEden Agro MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@edenagro.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi06.06.2026
Bitmə tarixi04.07.2026 17:17
Elanın bitməsinə27 gün 19 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası