Vakansiya haqqında
Təsvir
Avtomobil salonu üçün Reception əməkdaşı vəzifəsinə namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri
Salona daxil olan qonaqların və müştərilərin qarşılanması;
Daxil olan telefon zənglərinin qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
Müştərilərə ilkin məlumatların təqdim edilməsi;
Qonaqların və müraciətlərin düzgün qeydiyyatının aparılması;
Sənədlərlə işin təşkili və müvafiq sənədləşmənin aparılması;
Daxili portal və sistemlərdə məlumatların düzgün və vaxtında daxil edilməsi;
Şöbələr arasında gündəlik kommunikasiya və koordinasiyaya dəstək göstərilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi;
Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət edilməsi.
Tələblər
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərini sərbəst bilməsi mütləqdir, İngilis dili biliyi üstünlük hesab olunur;
Kompüter bilikləri və MS Office proqramlarından istifadə bacarığı;
Sənədlərlə işləmək və məlumatları sistemə düzgün daxil etmək bacarığı;
Səliqəli xarici görünüş və düzgün nitq qabiliyyəti;
Ünsiyyətcil, məsuliyyətli və nəzakətli olmaq;
Müştəriyönümlü yanaşma və komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş yeri: Bakı, Babək prospekti
Biz təklif edirik:
Peşəkar və inkişaf yönümlü iş mühiti;
Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait;
Karyera inkişafı perspektivi.
cv@groupmotors.az
KateqoriyaOfis / Sənədləşmə
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektGroup Motors
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailQeyd edilməyib
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi03.06.2026
Bitmə tarixi01.07.2026 09:17
Elanın bitməsinə27 gün 17 saat qalıb