İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMüxtəlif

Mühasib

MJ Finance

Maaş700 - 900 AZN
📍ÜnvanBakı İnzibati Ərazisi, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 20 saat qalıb
Vakansiya haqqında

Təsvir

Vəzifə öhdəlikləri: Mühasibat, vergi uçotu, DSMF və Statistika hesabatları üzrə əməliyyatların dəqiq və vaxtında aparılmasını təmin etmək; Vergi, mühasibatlıq və digər normativ-hüquqi aktlardakı dəyişiklikləri daim izləmək və rəhbərlik etdiyi sahələrdə tətbiq etmək; Müəssisənin bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun tələblərinə uyğun şəkildə 1C (8.3) proqram təminatında düzgün əks olunmasına nəzarət etmək; Vergi orqanlarından daxil olan məktubları və bildirişləri nəzarətdə saxlamaq, tələb olunan hallarda rəsmi yazışmalar aparmaq; Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək; ƏDV, ÖMV, Mənfəət və digər vergi bəyannamələrini hazırlamaq, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq dövlət orqanlarına təqdim etmək; DSMF və Dövlət Statistika Komitəsinə dair hesabatların tərtib olunmasını və vaxtında göndərilməsini təmin etmək. Tələblər: Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Müvafiq sahədə ən azı 2-3 il peşəkar iş təcrübəsi (Bank və ya BOKT sektorunda təcrübə üstünlük sayılır); 1C (8.3) proqram təminatında mükəmməl bilik və təcrübə; MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar; Azərbaycan Respublikasının Vergi Məcəlləsini və əlaqədar normativ-hüquqi aktları dərindən bilmək; Elektron portallarda hesabatlılıq və əməliyyatların aparılması üzrə təcrübə; Riyazi hesablamaları dəqiq aparmaq, maliyyə göstəricilərini analitik təhlil etmək bacarığı; Maliyyə balanslarının tərtibi və təhlili üzrə praktiki biliklər; Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı, rus dili biliyi üstünlükdür. İş barədə məlumat: Əmək haqqı: 700-900 AZN İş yeri: Bakı, Aşıq Molla Cümə küç.Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda 5 günlük iş qrafiki: 09:00-18:00  CV-lərinizi “Mühasib” başlığı altında hr@mjfinance.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektMJ Finance
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@mjfinance.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi08.06.2026
Bitmə tarixi06.07.2026 19:07
Elanın bitməsinə27 gün 20 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası