Vakansiya haqqında
Təsvir
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Risklərin İdarəedilməsi departamentinə Zəng Mərkəzi üzrə Kollektor vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində zəng vasitəsilə tədbirlərin həyata keçirilməsi;
Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Ödənişi gecikən kredit məhsullarının təhlilini department rəhbərinə təqdim etmək;
Zənglərin statistikasını və hesabatını təşkil etmək.
Tələb olunan keyfiyyətlər:
Ali təhsil;
Bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
Yaxşı səviyyədə Excel bilikləri;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində Kollektor qeyd etməklə göndərmələri xahiş olunur.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüNövbə əsasında
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektNBCO KredAqro
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailrecruitment@kredaqro.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi01.06.2026
Bitmə tarixi29.06.2026 07:31
Elanın bitməsinə27 gün 9 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.