Vakansiya haqqında
Təsvir
AFİ Qrupa daxil olan Green Plant MMC üçün brend üzrə aparıcı mütəxəssis axtarışındayıq. Vakansiyanın təsviri ilə aşağıda tanış ola bilərsiniz.
Namizədə olan tələblər:
- Marketinq, biznesin idarə olunması və ya əlaqədar sahə üzrə ali təhsil
- Brend və ya məhsul menecmenti eləcə də Sosial media səhifələrinin idarə olunması sahəsində ən azı 3-4 il iş təcrübəsi (FMCG sahəsində təcrübə üstünlükdür)
- Reklam agentliklərlə əməkdaşlıq təcrübəsi və brief hazırlama bacarığı
- Layihə idarəetməsi, analitik düşüncə və təşkilati bacarıqlar
- Komanda ilə işləmək və müxtəlif funksional qruplarla koordinasiya qurmaq bacarığı
- MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) yaxşı bilik
- Yüksək təqdimat və ünsiyyət bacarığı
- Azərbaycan dili – əla, İngilis dili – yaxşı (Rus dili bilikləri əlavə üstünlükdür).
Vəzifə öhdəlikləri:
- Yaradıcı agentliklərlə əməkdaşlıq edərək, marka ünsiyyət strategiyasına uyğun brieflərin hazırlanması və prosesin koordinasiyası;
- Reklam materiallarının dizaynı üçün agentliklərin məlumatlandırılması, daxili proqram vasitəsilə sifarişin kodlaşdırılması və marketlərdə düzgün şəkildə yerləşdirilməsinin təmin edilməsi;
- Agentliklər tərəfindən görülmüş işlərə dair ödəniş sənədlərinin qəbul olunması, ödəniş tələbinin sistemə daxil edilməsi və icrasının təqib olunması;
- Yeni məhsullar üçün daxili sistemdə etiket və məhsul tələblərinin açılması, məhsul ideyasından bazara təqdimatına qədər olan proseslərin əlaqədar şöbələrlə koordinasiyası;
- Məhsulun vaxtında və düzgün şəkildə bazara çıxarılmasına dəstək;
TV, rəqəmsal və digər reklam platformalarında yerləşdirilmiş reklamların effektivliyinin izlənməsi və inkişafı üçün təkliflərin verilməsi;
- Məsul olduğu layihələrin yekun təqdimatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması;
- Müvafiq kateqoriyaların formalaşdırılmasında və brend inkişafında aktiv iştirak.
İmtiyazlar:
- Sınaq müddətindən sonra könüllü tibbi sığorta
- Nahar təminatı
- Təlim və inkişaf imkanları
İş yeri: 1/25 Əhməd Rəcəbli, "Çinar Park" Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini fismayilova@afigroup.az ünvanına və ya birbaşa linkedin üzərindən mənə göndərə bilərlər.
Kateqoriyaİnzibati İdarəetmə
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektGreen Planet MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailQeyd edilməyib
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi02.06.2026
Bitmə tarixi30.06.2026 11:40
Elanın bitməsinə27 gün 16 saat qalıb