Vakansiya haqqında
Təsvir
Bakı Metropoliteni Qatar maşinistliyi üzrə peşə təcrübə proqramı elan edir.
Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Karyerana güclü start ver — Təcrübə proqramı sayəsində gələcəkdə 4-cü dərəcəli qatar maşinisti kimi 1510 AZN əmək haqqı almaq imkanına yüksəl.
Proqram sizə nə qazandıracaq?
6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
Təcrübə dövründə minimum aylıq əmək haqqı
Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Biz kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri
Təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı
Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
Seçim prosesi necə aparılır?
İxtisas üzrə test imtahanı
Ətraflı müsahibə
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə
Nahar (güzəştli)
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5412 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiTəcrübəsiz
İş növüNövbə əsasında
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektBakı Metropoliteni QSC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailQeyd edilməyib
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi28.05.2026
Bitmə tarixi25.06.2026 19:19
Elanın bitməsinə27 gün 19 saat qalıb