Vakansiya haqqında
Təsvir
İş yeri: Bakı, Arena Plaza
Əmək haqqı: 1000-2000 AZN (Müsahibə əsasında müəyyən ediləcək)
Vəzifə öhdəlikləri:
Yerli və beynəlxalq yükdaşımaların təşkili və koordinasiyası;
Daşıma proseslərinin planlaşdırılması, nəzarəti və optimallaşdırılması;
Müştərilər, daşıyıcılar, brokerlər və digər tərəfdaşlarla operativ əlaqələrin qurulması;
Daşıma sifarişlərinin qəbul edilməsi, icrası və monitorinqi;
Nəqliyyat sənədlərinin (CMR, TIR Carnet, Invoice, Packing List və s.) hazırlanması və yoxlanılması;
Gömrük rəsmiləşdirilməsi proseslərinin koordinasiyası;
Daşıma xərclərinin hesablanması və kommersiya təkliflərinin hazırlanması;
Yüklərin hərəkətinin izlənilməsi və müştərilərə mütəmadi məlumat verilməsi;
Logistika əməliyyatları üzrə hesabatların hazırlanması;
Yeni daşıyıcıların və biznes tərəfdaşlarının cəlb olunması.
Namizədə tələblər:
Logistika, nəqliyyat, beynəlxalq münasibətlər, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Logistika və ya beynəlxalq yükdaşımaları sahəsində minimum 2-3 il iş təcrübəsi;
Azərbaycan, İngilis və Rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
Analitik düşüncə və problem həll etmə bacarıqları;
Danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
KateqoriyaTəchizat / Loqistika
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüTam ştat
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektİnsan Resursları Departamenti
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailceo@elpo-group.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi09.06.2026
Bitmə tarixi07.07.2026 07:40
Elanın bitməsinə27 gün 18 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.