Vakansiya haqqında
Təsvir
İş şəraiti
İş yeri: Sumqayıt Sənaye Parkı
Əmək haqqı: 1100 AZN-dən başlayır
İş rejimi: Növbəli iş qrafiki
ALCO MMC sürtkü yağları, texniki mayelər və xüsusi təyinatlı məhsulların istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycanın aparıcı istehsal müəssisələrindən biridir. Müasir texnologiyalarla təchiz olunmuş istehsalat sahəmizdə komandamıza qoşulacaq məsuliyyətli və diqqətli Dolum Xətti üzrə Operator axtarırıq.
Əgər stabil iş mühiti, uzunmüddətli karyera imkanı və peşəkar komandada çalışmağı hədəfləyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri
Dolum xəttində istehsal prosesinin fasiləsiz və düzgün icrasına nəzarət etmək;
Boş qabların xəttə verilməsi və doldurulmuş məhsulların qəbulunu təmin etmək;
Məhsulların müəyyən olunmuş norma və standartlara uyğun doldurulmasına nəzarət etmək;
Qapaqlama, etiketləmə və qablaşdırma proseslərinin düzgün yerinə yetirilməsini izləmək;
İstehsalat zamanı yaranan nasazlıq və uyğunsuzluqlar barədə vaxtında məlumat vermək;
Avadanlıqlardan təhlükəsizlik qaydalarına uyğun istifadə etmək;
İstehsal üçün tələb olunan material ehtiyatlarını izləmək;
İş yerində təmizlik, nizam-intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək.
Tələblər
Sumqayıt şəhərində və ya yaxın ərazilərdə yaşamaq;
Minimum orta və ya peşə-ixtisas təhsili;
İstehsalat sahəsində operator və ya oxşar vəzifədə iş təcrübəsi üstünlük hesab olunur;
Texniki avadanlıqlarla işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı;
Növbəli iş rejimində çalışmağa hazır olmaq.
İş qrafiki
I növbə: 08:00 – 16:30
II növbə: 16:30 – 23:00
Şirkət nə təklif edir?
Rəsmi əmək müqaviləsi;
1100 AZN-dən başlayan əmək haqqı;
İşçinin bilik, bacarıq və iş nəticələrinə uyğun olaraq əmək haqqısının mərhələli şəkildə artırılması imkanı;
Əmək haqqının hər ay vaxtında ödənilməsi;
Şirkət tərəfindən naharla təminat;
Servis xidməti;
Müasir və təhlükəsiz istehsalat mühitində çalışma imkanı;
Stabil və uzunmüddətli iş perspektivi;
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun məzuniyyət və bütün sosial təminatlar.
Maraqlanan namizədlər CV-lərini secretary@azlub.com elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Dolum Xətti üzrə Operator” qeyd etmələri xahiş olunur.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüNövbə əsasında
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektALCO MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailsecretary@azlub.com
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi15.06.2026
Bitmə tarixi13.07.2026 08:20
Elanın bitməsinə27 gün 17 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.