Vakansiya haqqında
Təsvir
əzifə funksiyaları:
Rəhbərliyin gündəlik və həftəlik təqvimini planlamaq, görüşləri təşkil etmək və prioritetləşdirmək
Rəhbərlik adından daxil olan yazışmaları (e-mail, zəng və s.) idarə etmək, cavab layihələri hazırlamaq və icra nəzarətini təmin etmək
Ezamiyyətlərin və işgüzar görüşlərin təşkili (bilet, otel, logistika və s.)
Hesabatlar, təqdimatlar, briflər və görüş protokolları hazırlamaq
Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icrasını izləmək və status üzrə mütəmadi məlumat təqdim etmək
İdarə Heyəti iclaslarının planlaşdırılması və təşkili
İclas gündəliyinin hazırlanması və təsdiq üçün təqdim edilməsi
İclas materiallarının toplanması, strukturlaşdırılması və üzvlərlə vaxtında paylaşılması
İdarə Heyəti iclaslarının protokollarını hazırlamaq və qərarları rəsmiləşdirmək
Qəbul edilmiş qərarların icrasını izləmək və status hesabatları hazırlamaq
İdarə Heyətinə aid sənədlərin məxfiliyini qorumaq və sistemli arxivləşdirilməsini təmin etmək
Rəhbərlik ilə struktur bölmələr və xarici tərəfdaşlar arasında koordinasiyanı təmin etmək
Bitrix sistemi üzərindən tapşırıqların icra vəziyyətini izləmək və gecikmələr üzrə nəzarət aparmaq
Struktur bölmələr tərəfindən təqdim olunan aylıq hesabatların vaxtında təqdim edilməsini izləmək və konsolidə məlumatı rəhbərliyə təqdim etmək
İnzibati proseslərə dəstək vermək (xərc hesabatları, satınalma sorğuları və s.)
Vəzifəyə olan tələblər:
Ali təhsil (idarəetmə, hüquq və ya uyğun sahə üzrə üstünlükdür)
Müvafiq sahədə minimum 2–4 il iş təcrübəsi
Azərbaycan dili – yüksək səviyyədə, rus və ingilis dili – arzuolunandır
MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) yüksək işləmə bacarığı
Analitik düşünmə və təşkilatçılıq bacarıqları
Güclü yazılı və şifahi kommunikasiya
Məxfilik, dəqiqlik və məsuliyyətlilik
İş Şəraiti:
Nahar şirkət tərəfindən təmin olunur
Əmək Haqqı: 1000 -1300 AZN NET
İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
vusala.racabova@avantgroup.az
KateqoriyaOfis / Sənədləşmə
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektAvant Group
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailQeyd edilməyib
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi03.06.2026
Bitmə tarixi01.07.2026 09:20
Elanın bitməsinə27 gün 17 saat qalıb