Vakansiya haqqında
Təsvir
Vəzifə öhdəlikləri
Anbarda mal və materialların müvafiq sistem (ardıcıllıq və səliqə) üzrə yerləşdirilməsini təmin etmək;
Anbara daxil olan malları müşayiətedici sənədlər əsasında sayaraq qəbul etmək (mədaxil);
Stok qalıqlarına mütəmadi nəzarət etmək və dövri sayımlarda (inventarizasiya) iştirak etmək;
Nasaz məhsullar, mal əskikliyi və ya korlanma hallarında müvafiq qüsur aktlarını hazırlamaq.
Sifarişlər əsasında iş ardıcıllığını müəyyən etmək və gündəlik çatdırılma planını səmərəli təşkil etmək;
Məhsulların vaxtında və düzgün ünvanlara çatdırılmasına birbaşa nəzarət etmək;
Daxil olan sorğular əsasında yüklərin mağazalara, anbarlara və ya servis mərkəzlərinə daşınmasını idarə etmək
Anbar əməliyyatlarını (mədaxil/məxaric) ERP və ya digər uçot sistemində dəqiqliklə qeyd etmək;
Daşınma prosesi üçün tələb olunan bütün rəsmi sənədləri (yol vərəqələri, qaimələr, təhvil-təslim aktları) hazırlamaq və çap etmək;
Müşayiətedici sənədlərin tamlığını və qanunvericiliyə uyğunluğunu yoxlamaq.
Yükləmə-boşaltma proseslərini və işçilərin (fəhlə/sürücü) fəaliyyətini koordinasiya etmək;
Müştərilərdən və ya digər şöbələrdən gələn zəngləri, sorğuları və e-məktubları cavablandırmaq, yaranan logistik problemləri çevik həll etmək.
Ümumi tələblər:
Müvafiq sahədə iş təcrübəsi
MS Office bilikləri
Malların qruplarının çeşidini və əsas xüsusiyyətləri bilməlidir
Güclü ünsiyyət bacarığı, komanda işinə meylli olmaq
Vaxt idarə etmə bacarıqlarına sahib olmaq
İş şəraiti:
İş yeri: Binəqədi-Xırdalan şossesi
İş saatları: 08:30-17:30
İş günləri: həftədə 6 gün
Şirkət tərəfindən naharla təmin edilmə
Sınaq müddətindən sonra könüllü tibbi sığorta
Uyğun namizədlər CV-lərini mövzu yerinə “Dispetçer-Anbardar” yazmaqla hr@mrfix.az elektron poçt ünvanına göndərə bilərlər.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektKartaş LTD (Mr.Fix)
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@mrfix.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi30.05.2026
Bitmə tarixi27.06.2026 14:29
Elanın bitməsinə27 gün 17 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.