İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMüxtəlif

Baş Memar – LBM

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu

MaaşRazılaşma əsasında
📍ÜnvanBakı İnzibati Ərazisi, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 14 saat qalıb
Vakansiya haqqında

Təsvir

Vəzifə öhdəlikləri: Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək; Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, Texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumata sahib olmaq; Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq; Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək; Tədqiqat-axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak etmək; Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;  Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq; Layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirilmə şərtlərini razılaşdırmaq və müdafiəsində iştirak etmək;  Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımı məlumatlarla təmin etmək. Bilməlidir: Tikinti inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstəricilərini, metodiki normativ və digər rəhbər materialları;  Rayon planlaşdırılması sxemini və şəhərlərin baş planını;  Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair bilikləri; Layihələndirmənin metodlarını; Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları;  Texniki şərtləri və digər rəhbər materialları;  Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;   Tələblər: Ali təhsil (müvafiq sahədə); Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il); Kompüter bilikləri – MS Office, AutoCAD, ArchiCAD, Revit və s.; Tikinti norma və qaydalarına dair biliklər; İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı. Ümumi məlumat: İş yeri: Bakı şəhəri; İş rejimi: 5 gün/ 09:00 – 18:00; Nahar fasiləsi: 13:00 – 14:00; Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul. Maraqlanan namizədlər öz CV-lərini karyera@arxkom.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektAzərmemarlayihə Dövlət Baş Layihə İnstitutu
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailkaryera@arxkom.gov.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi30.05.2026
Bitmə tarixi27.06.2026 11:31
Elanın bitməsinə27 gün 14 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası