Vakansiya haqqında
Təsvir
AzParking MMC komandasına Mexaniki sistemlər üzrə mühəndis axtarır. Siz də yanğın söndürmə və havalandırma sistemlərini yaxşı tanıyırsınızsa, texniki sənədlər ilə işləməyi sevirsinizsə və şirkətimizdə inkişaf edərək real layihələrdə iştirak etmək istəyirsinizsə bu vakansiya məhz sizin üçündür.
İş şəraiti
İş yeri: Bakı şəhəri Heydər Əliyev Sarayının arxası.
Əsas Vəzifə Öhdəlikləri:
Avtomatik yanğınsöndürmə və siqnalizasiya, havalandırma və tüstü sovurma sistemlərinin layihələndirilməsi prosesinin təşkil edilməsi
Layihələrin yerli qanunvericilik, beynəlxalq standartlar (NFPA, EN və s.) və yanğın təhlükəsizliyi qaydalarına uyğun hazırlanmasının təmin edilməsi
Avtomatik yanğınsöndürmə və siqnalizasiya sistemlərinin quraşdırılması, test edilməsi və texniki baxış işlərinə nəzarət edilməsi
Yanğınsöndürmə nasosları, su təchizat sistemləri və digər avadanlıqların seçilməsi və keyfiyyətinə nəzarət edilməsi
Tüstü sovurma və havalandırma sistemlərində yaranan mexaniki nasazlıqların təhlili və operativ həll edilməsi
Havalandırma sistemlərinin yanğın siqnalizasiya sistemləri ilə inteqrasiyasının təmin edilməsi
Bütün sistemlərin düzgün işləməsi üçün dövri texniki müayinələrin aparılmasının təmin edilməsi
Quraşdırılmış sistemlərin beynəlxalq və yerli standartlara uyğun sertifikatlaşdırılması prosesinin təşkil edilməsi
Keyfiyyətli materialların seçilməsi, alınan avadanlıq və materialların texniki tələblərə uyğunluğunun yoxlanılması
Görülən işlər, testlər və sistemlərin vəziyyəti ilə bağlı mütəmadi texniki hesabatların hazırlanması
Daxili və xarici yoxlamalarda iştirak edilməsi; aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər planının hazırlanması
Mövcud sistemlərin təkmilləşdirilməsi və ən son texnologiyaların tətbiqi üçün təkliflərin hazırlanması
Tələblər:
Ali təhsil (Mexanika mühəndisliyi və ya analoji ixtisas)
Minimum 3 il aidiyyəti vəzifələrdə iş stajı
"Yanğın təhlükəsizliyi haqqında" AR Qanunu və beynəlxalq yanğın təhlükəsizliyi normativləri (NFPA, EN və s.) üzrə bilik
Avtomatik yanğınsöndürmə sistemləri (sprinkler, təzyiqli su) və yanğın siqnalizasiya sistemlərinin işləmə prinsiplərini bilmək
Havalandırma və tüstü sovurma sistemlərinin quraşdırılması və iş prinsiplərini bilmək.
Biz nə təklif edirik:
Əmək haqqı: 1500 AZN
Push30 proqramından yararlanmaq imkanı
Peşəkar inkişaf üçün imkan.
Tələblərə cavab verən namizədlər k.shukurov@azparking.az elektron poçt ünvanına “Mexaniki sistemlər üzrə mühəndis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.
Kateqoriyaİstehsalat / Zavod / Servis
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektAzParking MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailQeyd edilməyib
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi08.06.2026
Bitmə tarixi06.07.2026 07:54
Elanın bitməsinə27 gün 17 saat qalıb