Vakansiya haqqında
Təsvir
Vəzifənin məqsədi
1C konfiqurasiyaları (mühasibat, kadrlar, uçot, ERP) istifadəçi ehtiyaclarını təhlil edərək onları funksional və texniki tapşırıqlara çevirmək, biznes proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə həllər hazırlamaq, həmçinin istifadəçilər və proqramçılar arasında effektiv koordinasiyanı təmin etmək. Məqsəd şirkətin əməliyyat fəaliyyətinin səmərəliliyini artırmaq, uçot proseslərinin düzgünlüyünü təmin etmək və informasiya sistemlərinin inkişafına dəstək verməkdir.
İşin təsviri:
1C konfiqurasiyaları (mühasibat, kadrlar, uçot, ERP) istifadəçilərindən tələblərin toplanması və təhlili
Biznes proseslərinin təsviri və 1C proqramçılarına tapşırıqların verilməsi
Təkmilləşdirmə və inteqrasiyalar üçün texniki tapşırıqların (TT) hazırlanması
İstifadəçilərə məsləhət verilməsi, təlimin keçirilməsi və təlimatların hazırlanması
1C ilə xarici sistemlər arasında inteqrasiyaların layihələndirilməsində iştirak
Təkmilləşdirmələrin sınaqdan keçirilməsi və tapşırıqların qəbul edilməsi
Görülən işlər üzrə hesabatların hazırlanması
Tələb olunanlar:
Təhsil: İnformasiya Texnologiyaları, Tətbiqi Riyaziyyat, Kompüter Elmləri, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Iş təcrübəsi: 1C analitiki kimi minimum 3 il iş təcrübəsi;
1C konfiqurasiyalarından ən azı ikisi üzrə iş təcrübəsi və tətbiqi məntiqini bilmək (KA, ERP, BP, ZUP);
1C 8.3 platformasının əsas arxitekturası və obyektləri üzrə biliklər (sənədlər, məlumat kitabçaları, registrlər və s.);
SQL üzrə baza bilikləri və məlumatların təhlili bacarığı;
Jira, Confluence və ya analoji layihə idarəetmə sistemləri ilə işləmə təcrübəsi;
Mühasibat, vergi, kadr və anbar uçotu prosesləri barədə biliklər;
Dil bacarıqları: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı, İngilis dili üstünlükdür
İş şərtləri
Məşğulluq növü: tam ştat / 5 iş günü
Biz təklif edirik:
Rəqabətli əmək haqqı
Stabil və peşəkar iş mühiti
Karyera və peşəkar inkişaf imkanları
Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi hr@asgroup.az elektron poçt ünvanına göndərə bilərsiniz.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüTam ştat
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektAS Group
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@asgroup.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi03.06.2026
Bitmə tarixi01.07.2026 09:18
Elanın bitməsinə27 gün 17 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.