İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanPərakəndə Satıcılıq

Brend menecer

Prime Accessories Mağazalar Şəbəkəsi

MaaşRazılaşma əsasında
📍ÜnvanBakı
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 20 saat qalıb
Vakansiya haqqında

Təsvir

Biz brendi yalnız idarə edən deyil, onu hiss edən, inkişaf etdirən və bazarda fərqləndirən bir lider axtarırıq. Prime Accessories – yeniliklərə açıq, müştəri təcrübəsini və brend dəyərini ön planda tutan dinamik retail şirkətidir. Bizim üçün brend sadəcə məhsul deyil, müştərinin yaşadığı hissdir. Bu hissi formalaşdıracaq, brend strategiyasını gücləndirəcək və komandaya istiqamət verəcək dəyərli əməkdaş axtarırıq. Hansı işləri görəcəksiniz: Pərakəndə mağazalar qarşısında qoyulan hədəf və aylıq satış planlarının həyata keçirilməsinə dəstək olmaq; Məsul olduğu bütün məhsulları ( dəri proyekti ) tanımaq, onların qiymətini, özəllik və texniki parametrlərini bilmək; Məhsullar haqqında treninqlər keçirtmək, məhsulun texniki tərəfləri və satış standartı haqqında məlumat vermək; Brend strategiyasının hazırlanması və həyata keçirilməsi; Brendin bazarda mövqeyinin gücləndirilməsi üçün marketinq və kommunikasiya planlarının hazırlanması; Məhsul alışı zamanı malları vaxtında sifariş vermək; Mal çeşidləri üzrə maksimal və minimal qalıqları təyin etmək; Mağazaların aylıq satış planlarının qoyulmasında iştirak etmək, qoyulan aylıq planların yerinə yetirilməsini təqib etmək; Satış və marketinq komandaları ilə birlikdə brendin satış performansına təsir edən layihələrin həyata keçirilməsi; Bazar, rəqiblər və müştəri davranışlarının təhlil edilməsi; Yeni məhsulların və kolleksiyaların bazara təqdim olunması prosesində iştirak; Aylıq və rüblük hesabatların hazırlanması. Tələblər: Ali təhsil (Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahələr üzrə); Brend idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi; Brend strategiyası və kampaniya idarəetməsi üzrə biliklər; Analitik düşünmə və bazar analiz bacarığı; Kreativ düşüncə və güclü təqdimat bacarığı; MS Office proqramlarını yaxşı səviyyədə bilmək ( xüsusilə Excel ); Rus və İngilis dili bilikləri; Komanda ilə işləmə və layihələri idarə etmə bacarığı. Filial səfərlərinə hazır olmaq; Biz sizə nələr təklif edirik: Əmək haqqı: nett 1200-1500 Azn aralığında; 5 günlük iş qarfiki; Şirkət məhsullarını endirimlə əldə etmək imkanı; Şirkət daxili təlim və inkişaf imkanları; Karyera yüksəlişi imkanı.
KateqoriyaPərakəndə Satıcılıq
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüNövbə əsasında
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektPrime Accessories Mağazalar Şəbəkəsi
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@prime-accessories.com
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi08.06.2026
Bitmə tarixi06.07.2026 19:10
Elanın bitməsinə27 gün 20 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası