Vakansiya haqqında
Təsvir
Bank üzrə illik audit planının hazırlanması ilə bağlı departament direktoruna təkliflər təqdim edir;
Təsdiq edilmiş audit planına uyğun olaraq, bankda nəzarət və risklərin idarə edilməsi sistemlərinin auditini aparır;
Bankın risklərin idarə edilməsi sistemini mütəmadi təhlil və təftiş edir, mövcud risklərin səviyyəsini qiymətləndirir;
Nəzarət sistemlərinin və korporativ idarəetmə mexanizmlərinin adekvatlığını qiymətləndirir;
Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit edir, onlara edilmiş dəyişikliklərin nəzarət sistemlərinə təsirini qiymətləndirir və bu barədə rəy verir;
Audit nəticələri, verilmiş tövsiyələr və onların icra müddətləri barədə hesabatlar tərtib edir, həmçinin tövsiyələrin icrasına nəzarət edir;
Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak edir;
Aşkarlanmış qeyri-səmərəliliklər, hadisələr və işdə ləngimələr barədə, həmçinin bank üçün əhəmiyyət kəsb edən digər müşahidələr barədə departament direktorunu məlumatlandırır;
Audit fəaliyyəti ilə bağlı qanunvericilik və beynəlxalq standartlara uyğun olaraq digər aidiyyəti vəzifələri icra edir;
Bankın daxili qaydaları ilə məyyən edilmiş öhdəlikləri yerinə yetirir və tələblərə riayət edir;
Departament direktorunun tapşırığı ilə ona həvalə edilən digər işləri yerinə yetirir.
Xüsusi tələblər
Ali təhsil;
Bank auditi, mikro kredit, anderraytinq sahəsində 3-4 il təcrübə;
Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar;
Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər;
Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər;
Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər;
Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı;
Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər;
Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması;
MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür);
Data analitika, Aİ üzrə bilklər (sertifikatın olması üstünlükdür);
Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (ACCA, CPA və ya CIA kimi beynəlxalq sertifikatlara malik olmaq üstünlük sayılır);
Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.
Kateqoriyaİnzibati İdarəetmə
Vəzifə dərəcəsiMiddle
İş növüTam ştat
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektİnsan Resursları Departamenti
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailcv@afb.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi28.05.2026
Bitmə tarixi25.06.2026 10:58
Elanın bitməsinə27 gün 19 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.