Vakansiya haqqında
Təsvir
Vəzifə öhdəlikləri
Texniki ofisin fəaliyyətinin təşkili, idarə olunması və iş bölgüsünün aparılması;
Layihə sənədlərinin (çertyojlar, spesifikasiyalar, BOQ, shop drawing və s.) hazırlanmasına, yoxlanılmasına və təsdiq prosesinə nəzarət etmək;
Tikinti işlərinin həcmlərinin hesablanmasını və texniki analizini həyata keçirmək;
Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;
İcra sənədlərinin, as-built çertyojların və digər texniki sənədlərin hazırlanmasına nəzarət etmək;
Tender sənədlərinin hazırlanmasında iştirak etmək, texniki və kommersiya təkliflərini təhlil etmək;
Subpodratçılar tərəfindən təqdim olunan texniki sənədlərin yoxlanılmasını və təsdiqə təqdim edilməsini təmin etmək;
Layihə dəyişikliklərinin (variation order) hesablanmasını, sənədləşdirilməsini və razılaşdırılmasını həyata keçirmək;
Material spesifikasiyalarının hazırlanmasına və layihə tələblərinə uyğunluğuna nəzarət etmək;
Tikinti sahəsi, sifarişçi, layihəçi və subpodratçılar arasında texniki koordinasiyanı təmin etmək;
Müqavilə şərtlərinə uyğun olaraq işlərin icrasına nəzarət etmək;
İş qrafiklərinin hazırlanmasında iştirak etmək və icra vəziyyətini izləmək;
Texniki sənəd dövriyyəsini və layihə üzrə arxiv sistemini idarə etmək;
Texniki ofis əməkdaşlarının fəaliyyətini koordinasiya etmək və onların peşəkar inkişafına dəstək vermək;
Tikinti norma, qayda və standartlarının tətbiqinə nəzarət etmək.
Tələblər
İnşaat mühəndisliyi üzrə ali təhsil;
Texniki ofis sahəsində minimum 5 il iş təcrübəsi;
Rəhbər vəzifədə iş təcrübəsi üstünlük hesab olunur;
AutoCAD və MS Excel proqramlarını yüksək səviyyədə bilmək;
Primavera P6 və ya MS Project proqramlarında işləmək bacarığı;
Tikinti norma və standartları üzrə biliklər;
Analitik düşünmə və hesablama bacarığı;
Liderlik, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
Komanda ilə işləmək və yüksək məsuliyyət hissi.
Əmək haqqı: Razılaşma yolu ilə
CV-lərinizi mövzu hissəsində “Texniki Ofisin Baş Mühəndisi” qeyd etməklə kh.konul@fortis.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüTam ştat
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektFortis Construction
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailkh.konul@fortis.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi06.06.2026
Bitmə tarixi04.07.2026 14:01
Elanın bitməsinə27 gün 19 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.