Vakansiya haqqında
Təsvir
Namizədə olan tələblər:
Ali təhsil;
İR əməliyyatları sahəsi üzrə 1-3 il iş təcrübəsi;
Əmək Qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət);
Müvafiq e-platformalarında əməliyyatların aparılması bacarığı;
MS Office proqramlarından istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi, onboardinglərin aparılması);
İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
Digər strukturlardan və əmək müfəttişliyindəndən daxil olan İR-ı ilə bağlı sorğularının cavablandırılması;
Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
Hesabatların rəhbərliyə təqdim olunması;
Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi;
Əməkdaşlar arasında baş vermiş konfliktlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;
Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
Müvafiq proqram teminatinda əmək haqqıların, son haqq hesabların , məzuniyyət haqlarının hesablanması və ödənişə göndərilməsi;
Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılmasının təmin edilməsi.
İş şərtlərimiz:
İş saatları: 08:30-17:30;
İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
Karyera inkişafı imkanları və mehriban kollektiv.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüTam ştat
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektGrand Motors Company
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr-cv@grandmotors.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi08.06.2026
Bitmə tarixi06.07.2026 19:07
Elanın bitməsinə27 gün 20 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.