Vakansiya haqqında
Təsvir
Şirkətimiz sürətli böyümə və rəqəmsal transformasiya mərhələsindədir. Maliyyə Departamentimizin mərkəzləşdirilmiş idarəetmə modelinə uyğun olaraq, mühasibatlıq və hesabatlılıq funksiyasına rəhbərlik edəcək güclü və nəticəyönümlü rəhbər axtarırıq.
Bu vəzifə klassik yalnız sənədləri imzalayan və funksiyaları deleqasiya edən rəhbər rolu deyil.
Bizə həm komandanı idarə edə bilən, həm də lazım gəldikdə uçotun ən mürəkkəb məsələlərinin içinə girərək problemi kök səbəb səviyyəsində analiz və həll edə bilən "hands-on" peşəkar lazımdır.
Bu rolun əsas missiyası yalnız cari əməliyyatların idarə olunması deyil, eyni zamanda şirkətin formalaşmış uçot məlumatlarının təhlili, uçot bazasının sağlamlaşdırılması və etibarlı maliyyə məlumat bazasının qurulmasıdır.
Əsas vəzifələr:
• 6 nəfərlik mühasibatlıq komandasının işini idarə etmək, inkişaf etdirmək və mentorluq etmək;
• Şirkətin uçot məlumatlarını təhlil etmək, uyğunsuzluqları müəyyənləşdirmək və IFRS (MHBS) və AR vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq uçot bazasının bərpasını təşkil etmək;
• Şirkətin müxtəlif fəaliyyət istiqamətləri (pərakəndə satış, logistika, podrat və xidmət) üzrə uçot siyasətinin düzgün tətbiqini təmin etmək;
• Debitor, kreditor, anbar, əsas vəsaitlər, bank əməliyyatları və digər əsas uçot sahələri üzrə məlumatların düzgünlüyünə nəzarət etmək;
• MİS (Maliyyə İnformasiya Sistemləri) şöbəsi ilə birlikdə 1C sistemində uçot məntiqinin və proseslərinin düzgün qurulmasını təmin etmək;
• Büdcə Planlama və Maliyyə Nəzarəti şöbəsi ilə koordinasiyalı işləyərək rəhbərliyə etibarlı və operativ maliyyə məlumatlarının təqdim olunmasını təmin etmək;
• Vergi konsultantları və auditorlarla effektiv əməkdaşlıq etmək.
Tələblər:
• İri şirkətlərdə və ya holdinq strukturlarında Baş mühasib, Baş mühasib müavini, Hesabatlılıq rəhbəri və ya oxşar vəzifələrdə ciddi əməliyyat təcrübəsi;
• 1C 8.3 sistemində dərin praktiki biliklər;
• Kütləvi məlumat bazalarının təhlili, uzlaşdırılması və uçot problemlərinin həlli təcrübəsi;
• IFRS (MHBS) və AR vergi qanunvericiliyi üzrə güclü biliklər;
• Excel proqramını yüksək səviyyədə bilmək;
• Analitik düşüncə, yüksək məsuliyyət hissi və nəticəyönümlülük.
Üstünlük hesab ediləcək:
• ACCA, PMS və ya digər peşəkar maliyyə sertifikatları;
• ERP transformasiyası və ya uçot bazasının bərpası layihələrində iştirak təcrübəsi;
• Böyük həcmli əməliyyatlara malik şirkətlərdə iş təcrübəsi.
Təklif edirik:
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı
• Güclü komanda yoldaşları və gözəl iş mühiti
Müraciət üçün CV-nizi okhalafov@predsol.com ünvanına "Head of Accounting and Reporting" başlığı ilə göndərə bilərsiniz.
KateqoriyaQeyd edilməyib
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektPredsol
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailQeyd edilməyib
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi09.06.2026
Bitmə tarixi07.07.2026 10:11
Elanın bitməsinə27 gün 18 saat qalıb