Vakansiya haqqında
Təsvir
Vəzifəyə aid öhdəliklər:
Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə salınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək;
İstehsalatda avtomatika və elektronika ilə bağlı problemləri həll etmək;
Prosses xətalarını analiz etmək və həmin zaman ərzində prossesə müşahidə etmək;
İstehsal sahəsində quraşdırılmış nəzarət və ölçü cihazları ilə müstəqil işləməyi bacarmaq;
Sistemdə baş verən xətaların və qəza mesajlarının təhlil etmək və həlli yönündə qərar vermək;
Elektron dövriyyələrdəki aktiv və passiv elektron elementlərini əzbər bilmək və platalarda baş verən nasazlıqları diaqnostika etməyi bacarmaq;
Kritik səviyyə istisna olmaqla, bəsit və orta səviyyəli proqram təminatına müdaxilə etmək;
İstehsalatın davamiyyətini təmin etmək və alternativ variantları təklif etməyi bacarmaq;
Nəzarət-ölçü cihaz və avtomatika vasitələrinə texniki baxışların keçirilməsi, qurulması, tənzimlənməsi, sazlanması və işə salınmasının həyata keçirtmək;
Sadə sxem və blokların zədələnmə, kirlənmə, yad elementlərinin daxil olmasına vizual baxışlar keçirtmək və təmizlənmək, hissələrin (detalların) lehimləmə işlərinin aparmaq;
Texniki baxış planına uyğun olaraq avtomatika cihazlarının texniki baxışının zamanında həyata keçirtmək;
Texniki baxış və təmir üzrə aparılmış işlərin qeyd etmək və protokolları yazmaq;
İşlədiyi struktur bölmələrdə bütün nəzarət-ölçü cihazları və avtomatika vasitələrinin təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
Avtomatika, telemexanika, NÖC və onların təmir istismar ehtiyaclarına olan tələbat haqqında sifarişlərə baxmaq, qaydaya salmaq, onların göndərilməsini həyata keçirtmək;
Avtomatika vasitələrinin, avtomatlaşdırılmış avadanlıqlar, nəzarət-ölçü cihazlarının və vasitələrinin qeyri-dəqiq işləməsi səbəbindən müəssisə və təşkilatlarda baş verən qəza, bədbəxt və digər xüsusi ağır nəticələrə gətirib çıxara bilən hadisələrin tədqiq olunub, qarşısının alınması tədbirlərinin işlənilib hazırlanmasını təmin etmək.
Tələblər:
Ali bakalavr (texniki sahə üzrə);
Tələb olunan sahədə 1-2 il iş təcrübəsi (İstehsal sahəsi üzrə təcrübə üstünlükdür);
Diqonistika cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
Ofis proqramlarında sərbəst işləmə bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
İstehsal sahəsində çalışma imkanının olması;
Komanda şəklində işləmək bacarığı.
İş şəraiti:
İş yeri – Ağsu şəhəri;
5 günlük iş qrafiki;
Qalmaq yeri təmin olunur;
Əmək haqqı 1400 – 1500 Azn.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "NÖC üzrə mühəndis" yazmaqla cv@azgranata.az elektron poçt ünvanına göndərə bilərlər.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektAz - Granata LLC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailcv@azgranata.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi30.05.2026
Bitmə tarixi27.06.2026 11:32
Elanın bitməsinə27 gün 14 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.