Vakansiya haqqında
Təsvir
CCN Holding Azərbaycan Mərkəz Ofisi komandamıza qoşulmaq üçün təcrübəli Planlama Mühəndisi axtarır.
İş şəraiti
İş yeri: Zaqulba qəsəbəsi
Tələblər:
İnşaat Mühəndisliyi, Memarlıq və ya müvafiq ixtisas üzrə ali təhsil;
Tikinti sektorunda planlama və hesabatlılıq sahəsində minimum 3 il iş təcrübəsi;
Primavera P6 və MS Excel proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
İş proqramlarının hazırlanması, baseline planların qurulması, irəliləyişlərin yenilənməsi və proqram reviziyalarının aparılması üzrə təcrübə;
Gündəlik, həftəlik və aylıq irəliləyiş hesabatlarının hazırlanması bacarığı;
Adam-saat, maşın-saat və qazanılmış dəyər (Earned Value) analizləri üzrə təcrübə;
Sahədə görülən işlərin icrasını izləyərək faktiki göstəricilərin təhlilini aparmaq bacarığı;
Podratçılar, sahə komandaları və Texniki Ofis əməkdaşları ilə koordinasiyalı işləmək bacarığı;
İngilis dilini yazılı və şifahi formada yaxşı səviyyədə bilmək;
Analitik düşünmə qabiliyyəti, güclü ünsiyyət bacarığı və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Layihələrin iş proqramlarının hazırlanması və idarə olunması;
Layihə irəliləyişlərinin monitorinqi və təhlili;
Vaxt, resurs və məhsuldarlıq göstəricilərinin izlənilməsi;
Dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Layihə komandaları arasında koordinasiyanın təmin edilməsi.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Planlama Mühəndisi” qeyd etməklə hr@ccninsaat.com elektron poçt ünvanına göndərə bilərlər.
KateqoriyaDaşınmaz Əmlak
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektCCN Holding
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@ccninsaat.com
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi09.06.2026
Bitmə tarixi07.07.2026 08:57
Elanın bitməsinə27 gün 16 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur
WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.