İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanMüxtəlif

“Energetika və avtomatika üzrə mühəndis”

BAKU AGROPARK MMC

MaaşRazılaşma əsasında
📍ÜnvanBakı İnzibati Ərazisi, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə25 gün 22 saat qalıb
Vakansiya haqqında

Təsvir

Zirə qəsəbəsində yerləşən "BAKU AGROPARK" MMC-yə Energetika və avtomatika üzrə mühəndis axtarılır. İş şəraiti: * İş vaxtı: I-V günlər, saat 08:00-16:00, VI günlər 08:00-14:00; * 6 günlük iş qrafiki; * İş yerinə gediş-gəliş servislə təmin olunur; * Nahar şirkət tərəfindən təmin olunur; * Əmək haqqı: 1500 AZN (NET). Tələblər: · Ali təhsil (Energetika, Avtomatika və ya əlaqəli sahə) · Müvafiq sahədə iş təcrübəsi · Elektrik sxemlərini oxuma bacarığı · PLC proqramlaşdırılması biliyi üstünlükdür · Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi arzuolunandır · Komandada işləmək və operativ qərar vermək bacarığı Vəzifə öhtəlikləri: · Müəssisənin enerji təchizatı sistemlərinin (transformatorlar, generatorlar, paylayıcı qalxanlar) və avtomatlaşdırılmış idarəetmə sistemlərinin fasiləsiz işini təmin etmək. · Avtomatika, KİP avadanlıqları və elektrik qurğularının dövri texniki baxış, profilaktika və planlı-xəbərdarlıq təmir (PXT) qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək. · İstehsalat avadanlıqlarında baş verən qəzaların və nasazlıqların səbəblərini araşdırmaq, onların aradan qaldırılması üçün operativ tədbirlər görmək. · PLC, invertor (tezlik çeviriciləri) və digər avtomatika elementlərinin proqram təminatında zəruri dəyişikliklər/sazlamalar etmək. · Yeni quraşdırılan avtomatlaşdırılmış sistemlərin montajı, tənzimlənməsi və istismara verilməsi (commissioning) işlərini həyata keçirmək və ya bu işlərə rəhbərlik etmək. · Müəssisədə elektrik enerjisinin, qazın və suyun səmərəli istifadəsinə nəzarət etmək, enerji itkilərini minimuma endirmək üçün təkliflər hazırlamaq. · Texniki sənədlərin, elektrik sxemlərinin, pasportların və təlimatların aktual vəziyyətdə saxlanılmasını təmin etmək. · Ehtiyat hissələrinin (KİP, sensorlar, relelər, kontrollerlər və s.) siyahısını çıxarmaq və sifarişini formalaşdırmaq. · İstixananın əsas istilik mənbəyi olan qazanxana sisteminin, qaz odluqlarının (brulor) və sirkulyasiya nasoslarının avtomatika sistemlərinin fasiləsizliyini təmin etmək. · Elektrik kəsintiləri zamanı bitkilərin donmaması və ya ventilyasiyasız qalıb tələf olmaması üçün Generator və ATS (Avtomatik Transfer Keçidi) sistemlərini hər an işlək vəziyyətdə saxlamaq. · İşıqlandırma (Asimilasiya lampaları/LED-lər) sistemlərinin və kölgələndirmə/termal pərdə motorlarının avtomatik idarəetməsini tənzimləmək. · İstehsalat arası dövrlərdə (istixananın boşaldığı və təmizləndiyi yay aylarında) bütün elektrik panellərini, releləri, motorları və sensorları tam reviziya etmək, növbəti mövsümə hazırlamaq. · Kritik ehtiyat hissələrinin (KİP cihazları, sensorlar, kontaktorlar, avtomatlar) minimum anbar qalığı siyahısını saxlamaq və satınalma sifarişlərini vermək. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Energetika və avtomatika üzrə mühəndis” qeyd edərək CV-nizi hr@bakuagropark.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
KateqoriyaMüxtəlif
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektBAKU AGROPARK MMC
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailhr@bakuagropark.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi13.06.2026
Bitmə tarixi11.07.2026 13:16
Elanın bitməsinə25 gün 22 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası