İş imkanları yüklənir

Asimos / Elan detalları
ElanHotel / Restoran / Cafe

Restoran meneceri (Əhmədli Filialı üzrə)

Laliga Dining & Lounge

Maaş2200 - 2500 AZN
📍ÜnvanBakı İnzibati Ərazisi, Azərbaycan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 17 saat qalıb
Vakansiya haqqında

Təsvir

Vəzifə öhdəlikləri: Restoran üzrə gündəlik, həftəlik və aylıq əməliyyat checklistlərinin hazırlanması, tətbiqi və icrasına nəzarət edilməsi; Kabinet və zal xidmətinin düzgün koordinasiya edilməsi, rezervasiya axınına və qonaq yerləşdirilməsinə nəzarət edilməsi; Banket, özəl tədbir və qrup rezervasiyaları üçün menyuların hazırlanmasında iştirak və xidmət prosesinin idarə olunması; Banket və tədbirlər zamanı personal bölgüsünün, xidmət ardıcıllığının, masa düzülüşünün və qonaq qarşılanmasının təşkil edilməsi; Satışların artırılması məqsədilə əlavə satış, menyu təqdimatı və xidmət keyfiyyəti üzrə personalın yönləndirilməsi; Müştəri məmnuniyyətinin təmin olunması və şikayətlərin operativ həll edilməsi; Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edilməsi; Kassa əməliyyatlarına nəzarət edilməsi; Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin edilməsi; Təchizat və inventarın idarə edilməsi; İşçi heyətinin seçilməsində, yeni namizədlərlə müsahibələrin keçirilməsində, əməkdaşların təlimatlandırılmasında və adaptasiya prosesinin idarə olunmasında iştirak edilməsi; İşçi heyətinin iş qrafikinin təşkili və nəzarət edilməsi; Personalın xidmət keyfiyyəti, menyu təqdimatı, satış yönümlü xidmət və daxili prosedurlar üzrə bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi, təlim ehtiyaclarının müəyyən olunması və inkişaf etdirilməsi; İşçi heyətinə xidmət standartları, satış yanaşması, müştəri ilə ünsiyyət və daxili prosedurlar üzrə mütəmadi təlimlərin keçirilməsi; Daxili qaydaların, xidmət standartlarının və şirkət prosedurlarının bütün heyət tərəfindən icra olunmasına nəzarət edilməsi; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, düzgün və şirkət standartlarına uyğun icra olunmasının təmin edilməsi; Gün sonu hesabatlarının, növbə təhvil-təslim qeydlərinin və əməliyyat nəticələrinin rəhbərliyə təqdim olunması; Anbar sayımlarında iştirak edilməsi. Kvalifikasiya tələbləri: Təhsil: Ali təhsil; İş təcrübəsi: Kabinet sistemi ilə fəaliyyət göstərən lounge/restoran konseptlərində, həmçinin ümumi restoran əməliyyatlarının idarə olunması sahəsində minimum 3 il rəhbər və ya menecer vəzifəsində iş təcrübəsi. Tələb olunan bilik və bacarıqlar: Restoran əməliyyatlarının idarə olunması bacarığı; Restoran servis standartları və xidmət keyfiyyəti üzrə biliklər; Müvafiq proqram təminatları ilə işləmək bacarığı; Gigiyena və sanitariya standartları (HACCP əsasları); Liderlik və komanda idarəetmə bacarığı; Müştəriyönümlü yanaşma və ünsiyyət qabiliyyəti; Problem həll etmə və operativ qərarvermə bacarığı; Detallara diqqə etmə bacarığı; Ofis proqramları ilə işləmə bacarığı;  Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür. Təklif edirik: Əmək haqqı: 2200 – 2500 AZN (sabit maaş + Satışdan faiz); Əlavə olaraq KPI üzrə bonuslarla yüksək gəlir imkanı; Nahar şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verən namizədlər “Restoran Meneceri” başlığı ilə öz CV-lərini vakansiya@laligalounge.az elektron poçt ünvanına və ya 070 751 51 80 nömrəsinə WhatsApp vasitəsi ilə göndərə bilərlər.
KateqoriyaHotel / Restoran / Cafe
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektLaliga Dining & Lounge
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailvakansiya@laligalounge.az
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi03.06.2026
Bitmə tarixi01.07.2026 11:51
Elanın bitməsinə27 gün 17 saat qalıb
🔒
Əlaqə məlumatları qorunur

WhatsApp, telefon, email və müraciət linki yalnız daxil olmuş istifadəçilərə göstərilir.

Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası