İş imkanları yüklənir

Asimos / Elan detalları
Elanİnşaat / Tikinti / Memarlıq

SƏTƏMM üzrə mütəxəssis

Group Motors

MaaşRazılaşma ilə
📍ÜnvanSumqayit, Azerbaijan
🕘İş qrafikiQeyd edilməyib
Bitməsinə27 gün 17 saat qalıb
Vakansiya haqqında

Təsvir

Əsas vəzifələr: Əməyin mühafizəsi və təhlükəsizlik üzrə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini izləmək, onların şirkətdə tətbiqinə nəzarət etmək və müvafiq daxili prosedurların bu tələblərə uyğunluğunu təmin etmək. İş yerlərində əməyin təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; SƏTƏM üzrə riskləri müəyyən etmək və onların azaldılması üçün tədbirlər təklif etmək; Əməkdaşların təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsində iştirak etmək; Müvafiq təlim və təlimatlandırmaların təşkilinə dəstək göstərmək; İş prosesi zamanı yarana biləcək təhlükəli halların qarşısının alınması üçün nəzarət tədbirləri həyata keçirmək; SƏTƏM üzrə daxili yoxlamalar aparmaq və nəticələr barədə hesabat hazırlamaq; Hadisə, insident və uyğunsuzluqların araşdırılmasında iştirak etmək; Əməyin mühafizəsi və təhlükəsizlik sənədlərinin hazırlanmasına və yenilənməsinə dəstək göstərmək; Dövlət orqanları və daxili audit tələbləri üzrə zəruri sənədləşməni təmin etmək; Ətraf mühitin qorunması ilə bağlı daxili qaydalara riayət olunmasına nəzarət etmək. Tələblər: Ali təhsil (uyğun sahə üzrə üstünlükdür) Müvafiq sahədə minimum 4 il iş təcrübəsi İOSH, Peşə sağlamlığı, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM), Sənayedə Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi, Hündürlükdə işlərin təhlükəsiz görülməsi, Hadisələrin araşdırılması, Təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi, İlk yardım, Yanğından mühafizə və s. sertifikatları Azərbaycan dili – yüksək səviyyədə, rus və ingilis dili – arzuolunandır MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) yüksək işləmə bacarığı Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik üzrə qanunvericiliyi barədə biliklər; Risklərin qiymətləndirilməsi və insidentlərin araşdırılması üzrə praktiki biliklər; Sənədləşmə və hesabat hazırlama bacarığı; Məsuliyyətli, diqqətli və sistemli yanaşma; Əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı; Analitik düşünmə və təşkilatçılıq bacarıqları Güclü yazılı və şifahi kommunikasiya Məxfilik, dəqiqlik və məsuliyyətlilik Gözlənilən nəticə SƏTƏM üzrə mütəxəssisin işə qəbul edilməsi nəticəsində şirkətdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi, risklərin daha operativ idarə olunması, əməkdaşların təhlükəsizlik qaydalarına riayət səviyyəsinin artırılması və müvafiq qanunvericilik tələblərinə uyğunluğun təmin edilməsi gözlənilir Biz təklif edirik: Peşəkar və inkişaf yönümlü iş mühiti; Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait; Karyera inkişafı perspektivi. cv@groupmotors.az
Kateqoriyaİnşaat / Tikinti / Memarlıq
Vəzifə dərəcəsiQeyd edilməyib
İş növüDaimi
İş qrafikiQeyd edilməyib
Şirkət / obyektGroup Motors
VOENQeyd edilməyib
Müraciət linkiQeyd edilməyib
Yayım tipiDərhal yayım
Əlaqə emailQeyd edilməyib
Telefon / WhatsAppQeyd edilməyib
Elan tarixi03.06.2026
Bitmə tarixi01.07.2026 09:27
Elanın bitməsinə27 gün 17 saat qalıb
Asimos Təhlükəsizlik Qaydası

İşə qəbul prosesində sizdən heç bir ödəniş tələb oluna bilməz, bütün müraciətlər ödənişsizdir. Təhlükəsizliyiniz üçün bu növ hallardan uzaq durun.

Xəritə

Elan və cihaz lokasiyası

📍
Elan lokasiyası